“Enterprise Azerbaijan” portalı “Startup marketing” mövzusunda təlim keçirdi | Banco.az

“Enterprise Azerbaijan” portalı “Startup marketing” mövzusunda təlim keçirdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə “Startup marketing: ideya, məhsul və inkişaf strategiyası” mövzusunda təlim keçirilib.

“Enterprise Azerbaijan”” portalının meneceri Aytən Məmmədova bildirib ki, təlimin keçirilməsində məqsəd, startapçıların ideya ve layihələrini inkişaf etdirməsi  üçün əsas vasitə ve alətlərin nədən ibarət olduğunu gənc startapçılara çatdırmaqdır. Portalın da əsas qayəsi iştirakçılara həm məlumatlandırma baxımından, həm də akselerator olaraq rol göstərməkdən ibarətdir. Gənc sahibkarlarla ve startapçılarla dünya təcrübəsini bölüşmək məqsədi ilə bu tip təlimlər mütəmadi olaraq həyata keçiriləcəkdir.

Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun apardığı təlimdə iştirakçılara rəqəmsal marketinq, ənənəvi marketinq ve marketinqdə ölçmə hesabatları ilə bağlı yeni məlumatlar təqdim edilib. Təlimdə əsasən Azərbaycanda fəaliyyət göstərən startapçıların, kiçik və orta sahibkarların öz ideya ve layihələrini xarici investorlara tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə danışılıb. 

Ən sərfəli kredit üçün müraciət et

UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarov əlavə edib ki, startapların uğur qazanması üçün ilk öncə diqqət edilməli faktor ideyanın hər hansı problemi həll etməsi və istehlakçılar üçün fayda qazandırmasıdır. Bununla bağlı düzgün istiqaməti müəyyənləşdirmək üçün isə bazar və istehlakçı davranışları üzrə dərin marketinq araşdırmalarının aparılması tələb olunur. Bu anlamda marketinq startap üçün təbliğat, informasiya mübadiləsi, doğru mövqelənmə, məhsulun inkişafı, bazarda seqmentləşdirmə kimi bir çox dəstəkləyici funksiyaları daşımaqdadır.

Qeyd edək ki, “Startup marketing: ideya, məhsul və inkişaf strategiyası” mövzusunda təlimə 20-dən çox kiçik və orta sahibkarlıq fəaliyyəti göstərən şirkətin nümayəndəsi qatılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et