Energetik içkilərin gömrük rüsumu dəyişir | Banco.az

Energetik içkilərin gömrük rüsumu dəyişir

Azərbaycana idxal edilən meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərə gömrük dəyərinin 15 faizi həcmində gömrük rüsumu tətbiq olunacaq.
 
Bu, Nazirlər Kabinetinin  “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
 
Qərar 30 gün sonra qüvvəyə minəcək və 15 dekabr 2019-cu ilə qədər qüvvədə olacaq.  
 
Qeyd edək ki, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular və  alkoqolsuz energetik içkilərin 1 litrinə 0,3 dollar idxal gömrük rüsumu tətbiq edilir. İndiyə qədər meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin də 1 litri üçün 0,3 dollar idxal gömrük rüsumu alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et