“Ən İnnovativ Şirkətlər” bəlli oldu | Banco.az

“Ən İnnovativ Şirkətlər” bəlli oldu

Günü-gündən texnoloji alətlərdən asılılıq daha da artmaqdadır. Belə olduqda şirkətlər qlobal hal alan trendi izləməkdə bəzən geri qalır, bəzən isə tam əksinə daha irəli gedərək özləri yeni trend yaradırlar. Bu mövzuda araşdırma aparan Boston Consulting Group (BCG) 50 ölkə və 90 şəhərdə xidmət göstərməkdədir. Hər il “Ən İnnovativ Şirkətlər” haqda hesabat hazırlayan şirkət bu il kampaniyaların texnoloji xüsusiyyətlərinə diqqət çəkdi və nəticələr gözlənildiyi kimi oldu.

Hesabatda yer alan şirkətlərin ilk onluğuna daxil olan kampaniyaların yeddisi “digital native” olması ilə seçilir. Başqa sözlə desək, texnologiyanı özündə əks edən şirkətlər liderliyi ələ ala biliblər.

BCG-nin hazırladığı siyahıda keçən illərlə müqayisədə Alibaba Group və Uberin ilk onluğa daxil olduğu, əksinə Tencent-in ilk iyirmiliyə belə düşə bilmədiyi diqqəti cəlb edir. Bundan əlavə Airbnb, SpaceX, Cisco Systems, Orange və Marriott siyahıda kifayət qədər irəlləyiş edə biliblər. Amerikanın 27 şirkəti liderliyi əldə saxladığı halda, Avropadan yalnız 16 şirkət təmsil olunub.

Ən sərfəli kredit üçün müraciət et

İnnovasiyanın tətbiq olunduğu sahələrə gəldikdə isə enerji, media, əyləncə, iqtisadi sektorlar diqqəti cəlb etməkdədir. Yenilikçi şirkətlər əsas etibarilə lokal, qlobal və irəli analitik datalardan istifadədə maraqlıdırlar. Təbii ki, bu da öz növbəsində yeni texnologiyaların yaranmasına zəmin yaradır.

Araşdırmada iştirak edən şirkətlər yaxın 3-5 ildə mobil tətbiqlərin və dizayn sahəsinin daha da irəli mövqeyə daşınacağını bildirib.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et