“Ən dəyərli 100 Qlobal Marka” açıqlandı – 12 illik liderliyə son | Banco.az

“Ən dəyərli 100 Qlobal Marka” açıqlandı – 12 illik liderliyə son

Amerikanın texnologiya nəhəngi Apple-ın yerini e-ticarət şirkəti Amazon ələ keçirib.

12 illik liderliyin ardınca Apple dünyanın ən dəyərli markası olma ünvanını Amazon şirkətinə verib. Araşdırma şirkəti Kantar tərəfindən təqdim olunan məlumatların əsasında dünən (11.06.2019) yayımlanan 2019 BrandZ “Ən dəyərli 100 Qlobal Marka” siyahısına görə, Amazon il ərzində 52%-lik bir artım göstərərək Apple şirkətini taxtından edib.

No photo description available.

Bir il ərzində nəzərə çarpacaq dərəcədə inkişaf edən Amazon şirkəti bu bir ildə 315.5 milyard dollarlıq qazanc əldə edib. Sözügedən siyahıda Apple ikinci, Google isə üçüncü pillədə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

İlk onluqda yer alan şirkətlərə nəzər saldıqda görürük ki, Facebook şirkəti öz yerini qoruyub saxlayarkən Alibaba ilk dəfə Tencent şirkətini keçərək ən dəyərli Çinli marka olub və 7 – ci pilləyə yerləşib.

Bütün bu markaların Çin və ABŞ arasındakı ticarət müharibəsindən təsirləndiyini qeyd etmək lazımdır. Sözügedən siyahıdakı şirkətlərin inkişaf tempi Çin və ABŞ arasındakı ticarət müharibəsi səbəbilə son bir il ərzində 7% - dən çox yavaşlayıb. Tətbiq edilən gömrük vergilərinə görə avtomobil, logistika və bank sektorunda istehlakçı inamı indeksi geriləyib.

Həmçinin oxu: Dünyanın ən dəyərli markaları arasında texnologiyanın üstünlüyü

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et