Ən çox uğursuzluğa düçar olmuş 9 dahi kimdir?​ | Banco.az

Ən çox uğursuzluğa düçar olmuş 9 dahi kimdir?​

Siz indi onları dünyanın ən uğurlu şəxsləri kimi tanıyırsınız. Amma onlar, uğurlu olmadan əvvəl, uğursuzluğla lənətlənmişdilər. Bəs tilsimi necə qırdılar? Uğursuzluğu qəbul etməməklə…

Onların taclandırılmış nailiyyətləri sadəcə istedad səbəbindən qaynaqlanmırdı. Bacarmağın yeganə cığırının çox çalışmaqla açıldığını anlamışdılar. Uğur və uğursuzluq, bir körpü var arada. İstənilən halda siz seçirsiniz körpünün istiqamətini.

Bu dəfə sizinlə, dünyanın gəlmiş-keçmiş bütün tarixində iz qoyan ən uğurlu şəxsiyyətlərin uğurla bitən uğursuzluq hekayələrini paylaşırıq. Amerikalı yazıçı Elbert Hubbard demiş:

“Çalışmamaqdan başqa uğursuzluq yoxdu.”

Abraham Lincoln

Lincoln uğursuzlar sırasında “nömrə bir”-lər arasındadır. Liderlik keyfiyyətləri ilə uğursuzlar arasında da birinci olan Lincoln, müharibə dövründə kapitan rütbəsindən ən aşağı hərbi dərəcəyə  düşməyi  bacarmış bir qəhrəmandır. Çoxsaylı biznes cəhdləri də suya düşən bu mübarək insan, uğursuzluğu bir cür qəbul edə bilmədi. Siyasi müstəvidə də öz gücünü yoxlayan Linkoln, president olana qədər əl çəkmədi.

Oprah

TV kanallarından birinin sahibi olan Oprah xanım, TV kanallarında dəfələrlə işdən qovulub. İşdən qovula-qovula milyarder olmuş inadkar Oprah, uğurun sirrini belə ifadə edir:

“Uğursuzluq deyə birşey yoxdur. Sizin uğursuzluq adlandırdığınız vəziyyət, həyatın bir nöqtəsindən digərinə keçmək halıdır.”

Öz TV kanalını yaratdıqdan sonra nailiyyətini “Bir daha işdən qovulmamaq üçün fürsət” kimi dəyərləndirən Oprah hər kəsin sevgisini qazana bilmişdi.

Steven Spielberg

Bu qəhrəmanımızın filmdən qazandığı gəlir 9 milyard dolları aşmışdır. 3 dəfə Academy Awards mükafatını almış bu şəxsin, Cənubi Kaliforniya Universiteti tərəfindən rədd olunduğunu bilirdiniz? İllər sonra Universitetin “Ups Spielberg, sənin haqqında yanıldıq.” deyərək Spielbergin şərəfinə bina tikdiyini desək, ümid edirəm təəccüblənməyəcəksiniz.

Thomas Edison

Həyatın ən uğursuz tərəflərini görən qəhrəmanlardan biri də Thomas oldu. Onun müəllimlərinin Thomas haqqındakı “Öyrənmək üçün çox kütdür” ifadəsindən hər kəs xəbərdardır. Anası tərəfindən, evdə təhsillə inkişaf etdirilmiş Thomas əvvəlcədən ixtira olunmuş obyektləri istifadəyə yararlı hala gətirərək, pula çevirirdi. 1000-dən çox patentin sahibi olan qəhrəmanın müəllimləri yəqin ki, onun uğurlarını görsəydi, daha sevimli sitatlar istifadə edərdilər.

Ən sərfəli kredit üçün müraciət et

Walt Disney

Cizgi filmi deyəndə deyəndə ilk ağlınıza kim gəlir? İcazə verin təxmin eliyim, Walt Disney, deyilmi? Qəzet redaktorunun Walt-a olan möhtəşəm və “motivasiya verici” məsləhətinə- “Sənin təsəvvür qabiliyyətin yoxdur, heç bir ideyan da yaxşı deyil” qulaq assa idi, indi bəlkə də cizgi film anlayışımız da daha başqa cür idi yəqin ki. Öz adını brendə çevirən qəhrəman, uğursuzluq haqqında olan fikrini belə ifadə edir:

Məncə, cavan olanda çox ağır bir uğursuzluğa düçar olmaq çox faydalıdır. Çünki bu sizə daha diqqətli olmağa yardım edəcək, olacaqlara qarşı. Sırf bu səbəbdən bütün həyatımda, heç vaxt qormamışam, hər zaman itirməyə hazır idim mən. Heç vaxt qorxmadım.

Albert Einstein

Məntiq, intellekt, ağılla bağlı olan çox şey istər istəməz Einstein-i xatırladır, fəqrindəsinizsə. 4 yaşına qədər danışa bilməyən bu balacanın 7 yaşına qədər ağıl qüsurlu olduğu düşünülürdü. Düşünürəm ki, danışmadığı 4 il ərzində, danışmaq üçün doğru sözü axtarırdı Einstein. Nobel mükafatını qazanan dahi, eyni zamanda, fizikada yepyeni yanaşmaları göz önünə gətirdi.

J.K. Rowling

Məyus, həyat yoldaşından boşanmış və depresiv bir anadır növbəti qəhrəmanımız. Hekayə yazmağı həddindən çox sevən bu xanım öz həyatının uğur hekayəsini də özü yazmışdı.Hazırda dünyanın ən varlı qadınlarından olan Rowling keçmiş uğursuzluqlarını belə xatırlayır:

Tamamilə mümkünsüzdür ki, bir həyat yaşayasan və həyat səni heç sındırmasın, əzməsin. Əgər bunlar başına gəlirsə,yaşayırsan demək.

Stephen King

Kitab nəşriyyatçılarının növbəti yalnış proqnozlarından biri Stephen King-ə tuşlanmışdı. İlk kitabı olan “Carrie”-nin 30 dəfə rədd olunmasına rəğmən ruhdan düşməyən qəhrəman həyat yoldaşının dəstəyi ilə rədd olunan kitabları yenidən göndərirdi. Yaxşı ki, də göndərirdi.

Michael Jordan

Ali məktəbdəki məşqçisi yəqin ki, Jordan-ı basketbol komandasından çıxardığı üçün çox peşman oldu sonralar. 6 çempionatlıq və 5 MPV sonra bütün dövrlərin ən yaxşı basketbolçusu olması ilə çoxlarına motivasiya mənbəyi oldu, komandadan qovulmuş bu oğlan. Bir ifadəsi bütün Amerikanın ən sevdiyi sitatlardandır:

“Bütün karyeramda 9 mindən çox atış itirmişəm. 300-dən çox oyunda uduzmuşam. Bütün həyatım boyu itirmişəm, uduzmuşam, həm də dəfələrlə. Amma bilirsiniz necədi, elə məhz bu səbəbdən bacarmışam.”

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et