Ən çox təmassız POS-terminalı olan bank - AtaBank! | Banco.az

Ən çox təmassız POS-terminalı olan bank - AtaBank!

16 oktyabr 2018-ci il tarixində Bakı şəhərində yerləşən “Four seasons” otelində MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən konfrans keçirilmişdir.

2018-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal  sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilmişdir. 

MasterCard beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri “AtaBank” ASC-nin bu istiqamətdə gələcəkdə daha böyük uğurlara nail olmasını arzu etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Nominasiya ilə bağlı “AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin direktoru Oruc İbrahimov bildirib ki, Keçən il, olduğu kimi bankımız cari ildə də bu nominasiya üzrə birinciliyi qoruyub saxlamağı bacarmışdır. AtaBank olaraq gələcəkdə də bu istiqamətdə daha böyük uğurlara imza atmağa çalışacağıq. AtaBank əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir”.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et