Ən çox ödəniş verən şirkətlərin siyahısı | Banco.az

Ən çox ödəniş verən şirkətlərin siyahısı

Yanvar-fevral aylarında Azərbaycanın sığorta bazarında sığorta haqlarının yığımına görə, "Paşa Sığorta" şirkəti liderlik edir. Fins.az-ın Maliyə Nazirliyinə istinadən məlumatına görə, ilin ilk iki ayında "Paşa Sığorta" 25 milyon manatdan artıq sığorta haqqı toplayıb ki, bu da bütün sığorta bazarının 27,4%-ni təşkil edir. Sığorta yığımlarının həcminə görə sonrakı yerləri “Atəşgah Həyat” (12,85 mln. manat), “İPƏK YOLU SIĞORTA” (7,4 mln. manat) və "AzərSığorta" (6,4 mln. manat) şirkətləri tutur.
Sığorta haqlarının ən az toplayan şirkət isə artıq lisenziyası dayandırılmış "Royal Sığorta" olub - son iki ayda şirkət cəmi 152 manat sığorta haqqı toplayıb. Sonrakı yerləri “Çartis Azərbaycan” (40 min manat), “Era Trans Sığorta” (68,3 min manat), lisenziyası dayandırılmış “Günay Sığorta” (97,5 min manat) tutur. Ən az sığorta haqqı toplayan şirkətlərin 5-liyinə "Əmrah sığorta" da daxil olub (134 min manat).
Sığorta ödənişlərinin həcminə görə də "Paşa Sığorta" liderdir - 3,9 milyon manat. Sonrakı yerləri “Atəşgah” (2,07 mln. manat), "Azərsığorta" (1,95 mln. manat), "AXA Mbask" (1,49 mln. manat) və "Azsığorta" (1,46 mln. manat) tutur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et