Ən çox nifrət edilən və ən çox qazanan Youtuber | Banco.az

Ən çox nifrət edilən və ən çox qazanan Youtuber

Günümüzdə sosial media vasitərindən pul qazananlar heç də azlıq təşkil etmir. Bu siyahıda Youtuber-lər xüsusi ilə seçilirlər. Bu siyahı hər keçən gün artmaqdadır. Əslində insanlara faydalı ola biləcək kanal yaradanlarla bərabər müxtəlif formada onların diqqətini çəkənlər də azlıq təşkil etmir. Buna misal olaraq İngiltərədən olan Sofi Mişeli göstərmək olar. 21 yaşlı bu Youtuber 1 il ərzində hobbi kimi başladığı Youtube kanalından 60000 sterlinq gəlir əldə edib. Lakin Mişeli digərlərindən fərqləndirən əsas tərəf onun kanalının məzmunudur. Bu xanım öz kanalında insanları qıcıqlandıran videolar yayımlamaqdadır. Elə buna görə də gənc xanım “Sosial medianın ən nifrət edilən istifadəçisi” adını qazanıb.

Mişelin belə videolar çəkməsinə səbəb qardaşının bəzi şeylərə həddindən artıq qıcıqlanmasıdır. Belə ki, onun qardaşı fısıltı, kağız və s. bunun kimi səslərə ani reaksiyalar verir və belə insanlar ASMR (görüntü və səslərə qarşı həssaslıqdan) əziyyət çəkirlər.

Ən sərfəli kredit üçün müraciət et

Hobbi kimi başladılan bu iş hal-hazırda Mişelə çoxlu sayda izləyici qazandırmaqla bərabər qısa zamanda Youtube-da məşhur olmasına şərait yaratdı. Videolarında ASMR problemləri olanlar üçün rahaltladıcı Youtube məzmunları olduğu vurğulansa da izləyicilərin bu kontentlərdən nə kimi fayda əldə etdikləri maraqlı məsələlərdən biridir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et