Ən çox milyarderi olan ölkələr - TOP 10 | Banco.az

Ən çox milyarderi olan ölkələr - TOP 10

Dünyada təxminən 36 milyon milyoner var.

Bu o deməkdir ki, əgər siz təsadüfən dünya əhalisindən bir kimsə ilə rastlaşsanız, rastlaşdığınız adamın milyoner olmaq şansı 200 nəfərdə 1-dir.

Lakin, milyarderləri belə asanlıqla görə bilmərsiniz. Forbes-ə istinadən, hazırda 2000 milyarder var və bu rəqəm də dünya əhalisinin 0.00003%-i deməkdir.

Milyarderlər harada yaşayırlar və hansı ölkələrdə daha çox milyarder var?

Ən çox milyarderi olan 10 ölkəni təqdim edirik:

Sıralama Ölkə Milyarderlər
1 ABŞ 565
2 Çin 319
3 Almaniya 114
4 Hindistan 101
5 Rusiya 96
6 Honk Konq 67
7 Böyük Britaniya 54
8 Brazilya 43
9 İtaliya 42
10 Kanada

39

 

ABŞ 565 milyarderlə birinci pillədə yer alır.

İkinci pillədə milyarderlərin sayı durmadan artan Çindir. Bu ölkədə 319 milyarder yaşayır.

Milyarder Sıxlığı

ABŞ milyarderlərin sayına görə ilk pillədə olsa da, ölkə milyarderlərin sıxlığına görə 6-cı pillədədir.

ABŞ-da 571 858 insana 1 milyarder düşür, lakin ABŞ milyarder sıxlığı göstəricisinə görə, Honk Konq (110 000), İsveçrə (233 000), Sinqapur (267 000), İsveç (319 000) və İsrail (475 000) kimi ölkələrdən geridə qalır.

 

Sıralama Ölkə Bir milyarderə düşən insanların sayı
1 Honq Konq 109657
2 İsveçrə 232556
3 Sinqapur 267000
4 İsveç 319452
5 İsrail 474833
6 ABŞ 571858
7 Almaniya 725175
8 Avstraliya 731212
9 Tayvan 759677
10 Kanada

930513

 

Ən sərfəli kredit üçün müraciət et

 

 

Təxminən 7 milyon əhalisi olan Honk Konq şəhərində 67 milyarder yaşayır.

Müqayisə üçün qeyd edək, Çində də Honk Konq kimi milyarderlərin sıxlıq səviyyəsi eyni olsaydı, o zaman Çində 12 575 milyarder olardı və bu da dünya milyarderlərinin sayından 6 dəfə çoxdur!

Milyarderlərin sıxlıq səviyyəsinin aşağı olduğu ölkələr

Təxminən 2000 milyarder dünyanın müxtəlif ölkələrində yaşayırlar və hesablamalara görə, dünyanın 100-dən çox ölkəsində bir nəfər də olsun milyarder yoxdur. Məsələn, Haiti, Litva, Efiopiya, Belarus və Andorra kimi ölkələrdə milyonerlər olsa da, milyarder yoxdur.

Milyarderlər siyahısında qeyd edilən ölkələrdən Hindistan və İndoneziya milyarderlərin sıxlığına görə çox geridə qalır. Əgər siz ölkənin küçələri ilə gəzsəniz, milyarderlə qarşılaşmaq ehtimalınız 13 milyon nəfərdə 1-dir.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et