Ən aşağı faizlə ipoteka krediti verən BANKLAR | Banco.az

Ən aşağı faizlə ipoteka krediti verən BANKLAR

Bu gün sizlər üçün dövlət xətti ilə verilən ipoteka kreditlərini araşdırdıq. İpoteka Fondundan aldığımız məlumata görə hal-hazırda güzəştli ipoteka kreditlərinin verilməsi dayandırılıb, lakin adi ipoteka kreditlərinin verilməsi davam edir.

Biz isə sizlər üçün ən aşağı faiz dərəcəsi ilə adi (standart) ipoteka krediti əldə edə biləcəyiniz bankların siyahısını hazırladıq. Ev almaq çox bahadır deyirsinizsə, bu banklardan ən sərfəli faizlə ipoteka krediti götürərək mənzil sahibi ola bilərsiniz. :)

Digər şərtlərlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: 

Bank

İllik faiz dərəcəsi

Müddət

(il)

Məbləğ

(məbləğ)

Bank Avrasiya

6,5%

25

150 000

Beynəlxalq Bank

7%

25

150 000

Expressbank

7%

3-30

150 000

Muğanbank1

7%

25

150 000

NBC Bank

7%

25

150 000

Nikoil Bank2

7%

25

150 000

Rabitəbank3

7%

25

150 000

Turanbank

7%

25

150 000

Ən sərfəli kredit üçün müraciət et

  1. Qeyd edək ki, Muğanbank yalnız "Kristal Abşeron"a məxsus mənzil əldə edən şəxslərə ipoteka krediti ayırır.
  2. Əgər Nikoil Bank-dan ipoteka götürərkən məbləğin 20%-i həcmində ilkin ödəniş edirsinizsə, bu zaman sizin ipoteka kreditiniz illik 7% dərəcəsi ilə rəsmiləşdirilir. 
  3. Əgər siz, əmək haqqınızı Rabitəbank-ın əmək haqqı kartları vasitəsi ilə alırsınızsa və ya sizin çalışdığınız müəssisə Rabitəbank-ın xüsusi siyahısına daxildirsə, o zaman Rabitəbank-dan 7% illik faiz dərəcəsi ilə ipoteka krediti götürə bilərsiniz.

Təbii ki, ipoteka kreditləri üçün müraciət edərkən İpoteka Fondu  və bankların qoyduqları tələblərə cavab verməlisiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et