Əməliyyatların həcminə görə Unicapital liderdir | Banco.az

Əməliyyatların həcminə görə Unicapital liderdir

Bakı Fond Birjasında keçirilən əməliyyatların həcminə görə Unicapital investisiya şirkəti liderdir.  Banco.az portalı Bakı Fond Birjasına istinadən bildirir ki, cari ilin yanvar-iyun  aylarında keçirilən cəmi əməliyyatların həcminə görə Unicapital investisiya şirkəti birinci olub. Belə ki, investisiya şirkəti, 2 mlrd. 419 mln 755 min AZN həcmində əməliyyat həyata keçirib. Bunun 1mlrd 299 mln 201 mini səhmlərlə olan əməliyyatların payına düşür.

Banco.az portalı BFB-nin təqdim etdiyi məlumat əsasında investisiya şirkətlərinin əməliyyat həcminə (AZN)  görə renkinqini sizə təqdim edir. 

Şirkətin adı Əməliyyatın həcmi
Unicapital 2 419 755 098
İnvest-Az  1 100 677 834
AzFinance 787 057 070
Paşa Kapital  112 138 882
PSG Kapital  105 302 035
Kapital Menecment 47 805 709

Könül Soltanova, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et