Əməkhaqqlarının artırılması ərzaqların qiymətinə təsir göstərəcəkmi? - AÇIQLAMA | Banco.az

Əməkhaqqlarının artırılması ərzaqların qiymətinə təsir göstərəcəkmi? - AÇIQLAMA

“Əməkhaqqlarının, pensiyaların artımı müəyyən miqdarda dövriyyədə olan pul kütləsinin artımına səbəb olur. Amma burada əsas məsələ olaraq pul kütləsinin artımının mənbəyi böyük əhəmiyyət daşıyır. Verilən açıqlamalara görə, əsasən dövlət büdcəsindəki artım yəni vergi gəlirlərində, gömrükdən əldə olunan gəlirlərdə müşahidə olunan artım əsas mənbə rolunu oynayır. Amma bu yetərli olmaya bilər. Digər mənbələrin adları barədə hər hansısa açıqlamalar verilməsə də bu maraqlıdır.”

Bu sözləri əməkhaqqlarının artırılması ilə bağlı Banco.az-a açıqlamasında ekspert Cəbrayıl Vəliyev bildirib. Ekspert əməkhaqqlarının artırılmasının inflyasiya yaradacağı məsələlərindən də danışıb.

“Ümumilikdə pul kütləsinin artımı müəyyən qədər infilyasiyaya səbəb olur. Burada eyni zamanda əsasən sentyabr ayından başlayaraq əməkhaqqları artır. Ancaq onların əldə olunması oktyabr ayına təsdadüf edir. Beləliklə prosesin payız aylarında gerçəkləşdirilməsi bazarlarda müəyyən canlanmanın yaranmasına gətirib çıxarır. Artıq bir neçə ildir ki, qiymət artımı həmin dövrlərdə müşahidə olunur. Bununla yanaşı cüzi səviyyədə infilyasiyanın olacağı gözlənilir. Yəni bir neçə il əvvəl yaşadığımız devalvasiyanın təkrarlanacağı gözlənilmir. Devalvasiyaya səbəb isə sadəcə inflyasiya deyil, yüksək inflyasiya ilə bərabər, xüsusilə iqtisadiyyatı resursdan asılı ölkələrdə resurs qiymətlərinin düşməsi ilə ixracın azalması və iqtisadiyyatın geriləməsidir. Artan pul kütləsinə paralel olaraq təlabatı qarşılayacaq istehsal, təklif də artmalıdır.Tələb çoxaldığı zaman inflyasiyanı bir növ cilovlamaq çətinləşir. Buna paralel olaraq təklif də artarsa qiymətlər müəyyən həddə stabil qalır. Əsasən qida məhsullarının istehsalı çoxalarsa bu qiymətlərin çox artmamasına şərait yarada bilər.

Ən sərfəli kredit üçün müraciət et

İnflyasiyanın baş verməsi gözlənilsə də, buna müdaxilə etməklə, qabaqlayıcı tədbirlər həyata keçirməklə yüksək həddə çatmamasına, yəni iki rəqəmli həddə qədər gəlib çıxmamasına nail olmaq olar. Mövcud proses isə dövlətin büdcə xərcləri və gəlirlərindəki fiskal siyasətin, eyni zamanda pul kütləsinin idarə olunması konkretləşdirsək monetar siyasətin necə aparılacağından asılıdır.”

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et