Əməkhaqqı fondunun artımı müşahidə olunur | Banco.az

Əməkhaqqı fondunun artımı müşahidə olunur

"Qeyri-rəsmi məşğulluq həm dövlət üçün, həm də qeyri-rəsmi məşğulluğa cəlb olunan şəxslər üçün ciddi problemlər yaradır. Dövlət vergi və sosial sığorta haqlarını yığa bilmir, iqtisadiyyatda haqsız rəqabət baş verir və bütün bunlar dayanıqlı inkişafa maneçilik törədir. Qeyri-rəsmi məşğulluğa cəlb olunan şəxslər isə sosial müdafiə və sosial təminat sistemindən kənarda qalır, onların sosial müdafiəsi təmin olunmur".

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" adlı beynəlxalq elmi-praktik konfransdakı çıxışında Əmək və Əhalinin sosial müdafiəsini nazirinin müavini Anar Əliyev bildirib ki, 2017-ci ildə yaradılmış Əmək münasibətlərinin koordinasıyası və tənzimlənməsi Komissiyası bilavasitə ölkədə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə tədbirlərinin təşkili və həyata keçirilməsi ilə məşğul olur. 2017-ci ildə qeyri-rəsmi məşğulluğa qarşı nəzarət, onun həcminin azaldılmasına dair xüsusi tədbirlər planı təsdiq edilib: "Həmin sənəddə qanunvericiliyin, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət və monitorinqlə bağlı məsələlər, əhalinin maarifləndirilməsi, bir sözlə, bu sahədə kompleks tədbirlərin görülməsi nəzərdə tutulur. Son 2 ildə bu istiqamətdə ardıcıl və ciddi tədbirlər həyata keçirilib. Tədbirlər planına uyğun olaraq "Məşğulluq haqqında" yeni qanun qəbul edilib".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilib: "Burada vətəndaşların peşə hazırlığı və əlavə təhsil məsələləri də həll olunur. Bütün bu addımlar qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində çevik mexanizmlərin yaradılmasına və maliyyələşməsinə imkan verir. Bu zəmində özünəməşğulluq tədbirləri geniş vüsət alıb. 2018-ci ildə əhalinin bu proqramına cəlb olunması təxminən 6 dəfə geninləndirilib, 7 minə yaxın vətəndaş bu proqrama cəlb olunub".

Nazir müavini çıxışında məşğulluğun təmin olunması ilə bağlı görülən tədbirlərin nəticələrinə də toxunub. Bildirib ki, son 9 ayda əmək müqavilələri bildirişlərinin sayında 112 minlik artım var. Bunun 80 faizi qeyri-dövlət sektorunun payına düşür. Əmək müqavilələrinin sayının artması ilə yanaşı, ölkədə əməkhaqqı fondunda artım müşahidə olunur. Burada da artım daha çox özəl sektorda baş verib.

Ən sərfəli krediti almaq üçün müraciət et