Əmək haqqılar barəsində diqqətinizi çəkəcək faktlar | Banco.az

Əmək haqqılar barəsində diqqətinizi çəkəcək faktlar

1. Heç haqsız yerə verilən yüksək əmək haqqılardan ibarət siyahının olduğunu bilirdinizmi? Bəs bu siyahıya daşınmaz əmlak üzrə agentlərin liderlik etdiyindən xəbərdar idiniz?

2. Məşhur kapitalist Henri Ford öz böyük jesti ilə tarixdə əbədi iz qoymuşdur. Belə ki, şəxsi avtomobil zavodunu yaratdıqdan 11 il sonra o, günlərin birində bütün işçilərin maaşını ikiqat artımışdı. Bundan sonra, işçilər Ford şirkətinin istehsalı olan avtomobilləri almağa başlamışlar.

3. Bir dəfə Tomas Edisonun zavodlarından birində işçilər əmək haqqıların artırılması məqsədilə tətil etdilər. Edison isə bu problemi çox sadə üsulla həll etdi. Belə ki, o, cəmi bir neçə yeni texnologiya ixtira etdi və nəticədə həmin işçilərin əməyinə ehtiyac qalmadı.

4. Dünyada ən az maaş BMT-nin xoşməramlı səfirlərinə verilir. Bu vəzifədə çalışan Cerri Hollivel, Stinq, Elton Con, Maykl Duqlas, Stivi Uander, Luçiano Pavarotti kimi isimlər il ərzində cəmi 1 dollar maaş alırdılar.

5. Yaponiyada əgər işçinin evdə işləmək imkanı varsa, o zaman işəgötürən onun maaşını artırır. Çünki bununla işəgötürən həm bahalı ofis yeri, həm də iş yerinin təchizi ilə bağlı qənaət etmiş olur.

6. Britaniya müəssisələrinin işçiləri öz həmkarlarının maaş səviyyəsini öyrənmək hüququna malikdirlər. Belə ki, artıq işəgötürənlər işçilərin əmək haqları barədə bütün məlumatları elan etməyə məcburdurlar. Ekspertlər isə bu qanunun kollekivdəki münasibətlərə mənfi təsir edəcəyini düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

7. İngiltərədə qadınlar kişilərlə müqayisədə 17% daha az maaş alırlar. Rusiyada isə bu fərq 26% təşkil edir.

8. Alimlər müəyyən etmişlər ki, çərşənbə - maaşın artırılmasını istəmək üçün ən ideal gündür. Psixoloqlar iddia edirlər ki, çərşənbə günü 5 müdirdən 4-ü statistik məlumatlar əsasında maaşları müzakirə etməyə üstünlük verirlər.

9. Avropanın bir çox şirkətlərində divarda asılan plakatın üzərində yazılır: "Unutmayın ki, əmək haqqını siz müştərilərdən alırsınız!".

10. Apple şirkətinin sahibi Stiv Cobs bütün dünyada öz əfsanəvi əmək haqqısı ilə məşhurdur. Qeyd edək ki, həmin əmək haqqı il ərzində cəmi 1 dollar təşkil edir. Şirkət qarşısında xidmətlərinə görə, Direktorlar Şurası rəhbərə 70 milyon dollar məbləğində maaş müəyyən edib.

11. "Alisa Möcüzələr diyarında" kitabının müəllifi Lyuis Kerroll bu nağılı 150 min tirajla nəşr etdirmişdi. Bundan sonra, o, kollecin rəhbərliyinə müraciət edərək maaşını azaltmağı istəmiş və qeyd etmişdi ki, kitabın satışından əldə etdiyi məbləğ onun rahat yaşamasına kifayət edir.

Sevinc İbadova/Banco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et