“Embafinans”ın istiqrazları üzrə hərrac keçiriləcək | Banco.az

“Embafinans”ın istiqrazları üzrə hərrac keçiriləcək

25 aprel 2019-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin üçüncü tranş üzrə buraxılan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

29 aprel 2019-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1 milyon manat həcmində  istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata  keçiriləcəkdir.

İstiqrazların tədavül müddəti 1 (bir) ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.

Yeni tranşla buraxılan istiqrazlar  üzrə əlavə məlumatlar aşağıdakı cədvəldə qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində, ikinci tranş üzrə buraxılan qiymətli kağızları 3 dekabr 2018-ci ildə BFB-də ticarətə buraxılmışdır.

İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz.

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri

Q/k-ın hərrac qiyməti

1

AZ2004020601

Faizli təmin edilməmiş

 

1 000

(ədəd)

 

29.04.2019

1000 AZN

Ən sərfəli kredit üçün müraciət et

  

İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Ən sərfəli krediti almaq üçün müraciət et