Əmanətlərin Sığortanması Fondu borcunu vaxtında ödəyib | Banco.az

Əmanətlərin Sığortanması Fondu borcunu vaxtında ödəyib

Azərbaycan Əmanətlərin Sığortanması Fondu (ADİF) ötən ilin fevral ayında Azərbaycan Mərkəzi Bankından (AMB) cəlb etdiyi 22 mln. manat borcu vaxtından əvvəl geri qaytarıb. 

Bu barədə ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib.

“Həmin vəsait 1 il müddətinə cəlb edilmiş və ən geci gələn ay qaytarılmalı idi. Biz hər ay təxminən 3,5 mln. manat olmaqla həmin borcun qaytarılmasını bu ay başa çatdırdıq”.

Ən sərfəli kredit üçün müraciət et

ADİF ötən il AMB-dən aldığı 100 mln. və 460 mln. manatlıq borcların qaytarmağa isə hələ başlamayıb. A.Cavadovun sözlərinə görə, bu borclar müvafiq olaraq 4 və 10 il müddətinə verilib və rəhbərlik etdiyi qurumun kapitallaşması başa çatdırıldıqdan sonra geri ödəniləcək.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et