Əmanətlərin sığortalanma faizi sabit saxlanılıb | Banco.az

Əmanətlərin sığortalanma faizi sabit saxlanılıb

Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Himayəçilik Şurasının (HŞ) iclası keçirilib.

Bu barədə Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, iclasda əmanətlərin sığortalanması faizinin indiki səviyyədə saxlanılmasına qərar verilib: “Hazırda banklarda manat əmanətlərinin 97%-nin illik gəlirliliyi 15%-dən, dollar əmanətlərinin isə 67%-nin illik gəlirliliyi 3%-dən aşağıdır. Əmanət faizlərində ciddi artım yoxdur, odur ki, sığortalanma faizinin indiki səviyyədə (manatla 15%, dollarla 3%) saxlanılmasına qərar verilib”.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, HŞ-nın iclasında bağlanmış banklara məxsus əmlakın satılması, hərraca çıxarılması və icarəyə verilməsi ilə bağlı qaydalar da təsdiqlənib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et