Əmanətin girovu ilə kredit verən banklar - Araşdırma | Banco.az

Əmanətin girovu ilə kredit verən banklar - Araşdırma

Əmanəti girov qoymaqla qarşılığında götürülən kreditin faizləri digər kreditlərdən az olduğundan müştərilərin diqqətini daha çox cəlb edir. Digər kreditlərin faiz dərəcələri 20-30% arasında dəyişirsə, əmanət girovu ilə olan kreditlərdə isə maksimum əmanət faizi + 6-7% qədər ola bilir. Faizlərin aşağı olması müştəri üçün cəlbedici olsa da, krediti qaytara bilmədikdə o, öz əmanətini itirir. Belə ki, əmanətini girov qoymaqla, o, öz əmanəti üzərində sərəncam vermək hüququnu banka verir. 

Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar

Banco.az sizin üçün əmanət girovu ilə kredit verən bankları araşdırdı.

Kreditin məbləği banka qoyulan əmanətin müəyyən hissəsi qədər ola bilər. Kreditin müddəti, adətən, əmanətin müddətindən asılı olaraq dəyişir (əmanətin müddəti nə qədərdirsə, kreditin müddəti də o qədər nəzərə alınır). Faiz dərəcəsi kimi qeyd olunan rəqəmlər isə əmanətin faizindən əlavə olaraq hesablanır. Məsələn, Bank Respublikada 9%-lə 1 il müddətinə 1000 manatlıq əmanət yerləşdirmisinizsə, bu zaman 14%-lə 1 illik 900 AZN məbləğində kredit götürə bilərsiniz.

Həmçinin bax: Zaminsiz kredit verən banklar

Həmçinin bax: Hansı banklar lombard kreditləri təklif edir?

Həmçinin bax: Biznes kreditləri təklif edən banklar

Həmçinin bax: Hansı banklar avtomobil kreditləri təklif edir?

 

Banklar Məbləğ Faiz dərəcəsi
Accessbank 90% 2-7%
AFB Bank 80% 5%
Beynəlxalq Bank 70% Milli valyutada - 5%
Xarici valyutada - 3%
Azər Türk Bank 90% 3%
Bank Avrasiya 90% 2%
Bank Respublika 90% Milli valyutada - 5%
Xarici valyutada - 3%
Bank VTB 90% 3%
Xalq Bank 60-80% 2-4%
Kapital Bank* 60% 25%
Melli İran Bankı** 80% 16%
Muğanbank 80% 6%
Naxçıvanbank*** 90% 18%
Nikoil Bank 90% sığortalanmış əmanətin faiz dərəcəsi üzərinə +3%
sığortalanmamış əmanətin faiz dərəcəsi üzərinə +5%
Yapı Kredi Bank**** 80% 6%
Atabank***** 60-80% 3-5%
BTB Bank 80% 3-5%
Expressbank 80%

Milli valyutada - 3%

Xarici valyutada - 1%

Günay Bank 90% 3-5%
Unibank 90% 3%
Amrahbank 75-90% 5%

Ən sərfəli kredit üçün müraciət et

* Kreditin müddəti  1-12 ay-dır.

** Kreditin müddəti 3-36 ay-dır.

***  Kreditin müddəti 12 ay-dır.

**** Kreditin müddəti 12-36 ay-dır. 

***** Kreditin müddəti 12, 24, 36 ay-dır.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç