Əmanətçilərinə 722 mln. manat kompensasiya ödənilib | Banco.az

Əmanətçilərinə 722 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 722,101 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,981 mln. manat, “Zaminbank” ASC - 52,469 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,334 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 434,092 mln. manat kompensasiya alıblar. 

Ən sərfəli kredit üçün müraciət et

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et