Əmanət və depozitlərin 65%-i xarici valyutadadır - SON RƏQƏMLƏR | Banco.az

Əmanət və depozitlərin 65%-i xarici valyutadadır - SON RƏQƏMLƏR

2019-cu ilin Fevral ayının sonunda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 22 milyard 402 milyon manat təşkil edib.

Yanvar ayı ilə müqayisədə Fevralda depozit və əmanətlər 424 milyon manat artıb. O cümlədən, ev təsərrüfatlarının əmanətləri 139 milyon manat, qeyri-maliyyə təşkilatlarının depozitləri 421,6 milyon manat artıb, maliyyə təşkilatlarının depozitləri isə 136,3 milyon manat azalıb.

Fevralın sonunda cəmi depozit və əmanətlərin 8 milyard 214 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 534 milyon manatı maliyyə təşkilatlarına, 12 milyard 653 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.

Ən sərfəli kredit üçün müraciət et

Fevralın sonunda cəmi depozit və əmanətlərin 14 milyard 571 min manatı və ya 65%-i xarici valyuta ilə yerləşdirilib.

Ev təsərrüfatlarına məxsus 8 milyard 214 milyon manat əmanətin 4 milyard 888,2 milyon manatı və ya 59,4%-i, qeyri-maliyyə təşkilatlarının 12 milyard 653 milyon manat depozitinin 68,5%-i və ya 8 milyard 666 milyon manatı,  maliyyə təşkilatlarının 1 milyard 534 milyon manat depozitinin isə 66,6%-i və ya 1 milyard 22 milyon manatı xarici valyuta ilə yerləşdirilib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et