Elon Musk, Vladimir Putin-in süni zəka barəsindəki bəyanatına cavab verdi | Banco.az

Elon Musk, Vladimir Putin-in süni zəka barəsindəki bəyanatına cavab verdi

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi Elon Musk, Rusiya Federasiyası prezidenti Vladimir Putin-in, süni zəka sahəsindəki liderin, dünyaya hakimlik edəcəyi bəyanatına cavab verib. 

Bu haqda Banco.az portalı technote.az saytına istinadən məlumat verir. 

4 Sentyabr tarixində Musk, özünün Twitter hesabında Putin-in bəyanatına link yerləşdirərək, onu, “Başladı” sözünün müşaiyəti ilə paylaşıb. Daha sonra Musk, öz mövqeyini aydınlaşdırdı. “Çin, Rusiya, yaxın zamanda – kompüter elmlərində güclü olan bütün ölkələr. Süni zəka sahəsindəki liderlik uğrunda milli səviyyədə yarış, çox güman ki, Üçüncü Dünya Müharibəsinin səbəbi olacaq” – deyə Musk qeyd edib. Onun fikrincə müharibə, konkret bir ölkə tərəfindən deyil, süni zəkanın özü tərəfindən başladıla bilər. Onun sözlərinə əsasən hər hansısa bir dövlət bu cür məsələlərin həlli üçün güclü süni zəka texnologiyasını əldə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bu halda dövlət onu biznesdən, lazımi təhdidlər vasitəsilə ala bilər. Qeyd etmək lazımdır ki, söhbət, Vladimir Putinin, 1 Sentyabr tarixində tələbələr və məktəblilər ilə görüş zamanı səsləndirdiyi bəyanatından gedir. Həmin görüşdə prezident bildirmişdi ki, süni zəka sahəsindəki monopoliyanın konkret insanların əlində olmağını istəmir. “Süni zəka nəinki Rusiyanın, hətta bütün insanlığın gələcəyidir. Burda böyük imkanlar və bugün proqnozlaşdırılması çətin olan təhlükələr var” – deyə Putin bildirmişdi. Bundan əlavə o qeyd etmişdi ki, süni zəka sahəsindəki lider, dünyanın hakimi olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et