Elon Musk, Richard Branson və Peter Thiel iş müsahibələrində bu sualları verir | Banco.az

Elon Musk, Richard Branson və Peter Thiel iş müsahibələrində bu sualları verir

Uğurlu iş adamlarının həmişə ehtiyatda bir-iki sualı var ki, onların vasitəsi ilə namizədin uyğun olub olmadığını müəyyən edirlər. Məşhur biznes-liderlərinin verdiyi suallar bunlardır:

Elon Musk, Tesla və SpaceX-in təhbəri

Bioqrafiyasına əsasən, Elon Musk namizədlərin zəkasını tapmacalar ilə yoxlamağı xoşlayır. Bu suala fərqli cavab vermək olar, amma düzgün versiyalardan biri Şimal Qütbüdür.

 

Tony Shay, Zapposun baş direktoru

“Zappos onlayn dükanının əsas prinsiplərindən biri  şən və bir az qəribə bir nəsə yaratmaqdır”. Məhz ona görə müsahibə zamanı namizədin uyğunluğunu yoxlamaq üçün Toni Shay soruşur. “10 ballıq qiymətləndirmə meyarına əsasən, özünüzü nə qədər qəribə adam hiss edirsiniz?” Suala hansı rəqəmlə cavab verməyin önəmi yoxdur, əsas odur necə cavab verəcəksiniz “ Amma əgər cavabınız “1” olarsa, çox güman ki, siz həddindən artıq ciddi adamsınız və Zapposun korporativ mədəniyyətinə uyğun deyilsiniz. – kompaniyanın başçısı aydınlıq gətirib  - amma əgər özünüzə 10 vermisinizsə, düşünürəm ki, bizim üçün bu həddindən artıqdır”.

 

Larry Ellison, Oracle-ın texniki direktoru və idarə heyətinin sədri

Larry Ellison yüksək zəkaya və müstəsna talanta sahib olan insanları işə cəlb etməyə çalışır, məhz ona görə də o, öz rekruterlərinə tapşırıb ki, Oracle-da işə düzəlməyə çalışan məzunlardan bu sualı soruşsun. Əgər namizəd suala “təsdiq” cavabı verərsə, onu işə götürürlər, əgər o “yox” deyərsə, ondan soruşurlar ki, “bəs onda o bu sahədə ən ağıllı kimi hesab edir?” Daha sonra şirkət çalışır ki, məhz həmin insanı tapsın.   

Ellison kimi rəhbərlər adətən öz güclərinə yaxşı bələddirlər və onlar özlərindən daha ağıllı əməkdaşları işə götürməkdən qorxmurlar. Onlar ümid edir ki, belə əməkdaşlar daha yaxşı ideyalar və həll yolları təklif edəcək.

 

Lori Goler, Facebook HR şöbəsinin sədri

Lori bu sualı ona görə verir ki, özünüzü “balıq suda olduğu kimi” hiss etməniz və yaxşı işləyə bilməyiniz üçün nə lazım olduğunu anlasın. O. Facebook-da sizin bacarıqlarınızı üzə çıxaracaq vəzifələrə müraciət etməyi tövsiyə edir.

“Biz hər gün, sadəcə saytda iş elanına ərizə ilə müraciət etmiş bir insanı işə götürürük. Bizə qoşulun” – Lori bildirib.

 

Peter Thiel, PayPalın yaradıcısı

Peter Thiel öz fikrini söyləməkdən çəkinməyən əməkdaş axtarır. O bu sualı sevir, onun fikrincə “sual cəsarəti və orijinal düşüncə tərzini yoxlamağa icazə verir”

 

Richard Branson, Virgin Groupun təsisçisi

Ən sərfəli kredit üçün müraciət et

 Öz yeni kitabında Branson etiraf edir ki, adi müsahibələri sevmir

“Əlbəttə ki, yaxşı rezume vacib rol oynayır, amma əgər siz insanı sadəcə kağızda yazılanlara görə qiymətləndirirsinizsə, onda ümumiyyətlə vaxtınızı müsahibələrə sərf etməyə nə gərək var” –deyə o kitabında yazır. Məhz ona görə də müsahibədə CV-də yazılmayan məqamlar haqqında soruşur.

 

Drew Houston, Dropbox-un yaradıcısı

33 yaşlı milyarder Drew Houston namizədlərə bu 5 sualı veməyi xoşlayır:

  • Sizin işdə ən yaxşı mütəxəssis kimdir, dünyadakı ən yaxşı?
  • Sizə görə ən nüfuzlu insan kimdir?
  • Son bir il ərzində nə öyrənmisiniz?
  • 10 yaşınızda özünüzə hansı məsləhəti verərdiniz?
  • Həyatdan aldığınız ən vacib dərslər hansılardır?

Bu suallar ona icazə verir ki, öyrənsin namizəd öz üzərində daima işləməyi sevirmi. “Məni o insanlar cəlb edir ki, onlar daima öz biliklərini inkişaf etdirməyə can atır və bacarıqlarını itiləməyi sevir. Belə insanlar yaxşı başa düşür ki, dahi işlər ilə yaxşı işlər arasındakı fərq nədir” – Houston bildirir. 

 

Jenny Ming, Charlotte Russe geyim dükanının baş direktoru

Bu suala yaxşı cavab vermək vacibdir – bununla siz göstərəcəksiniz ki, risk etməkdən və səhvlərinizi etiraf etməkdən qorxmursunuz

«Heç də mütləq deyil ki, yalnız biznes uğursuzlaqlarından söhbət açasınız. Hansısa həyatı dərsləri bölüşün- Jenny Ming tövsiyə edir – cavabınız sizin haqqınızda çox şey söyləyəcək, məsələn sizin həmin situasiyanın öhdəsindən necə gəldiyinizi. Mən elə əməkdaş axtarıram ki, öz səhvini rahat etiraf etsin. Öz nailiyyəti haqqında hamı danışa bilər, amma çox az adam öz uğursuzluqları haqqında bölüşməyi bacarır.”

 

Yasmin Green, Jigsaw inkubatorunda elmi-təhqiqat araşdırmalar üzrə rəhbər

“Alphabet” in texnoloji Jigsaw inkubatorunu əvvəllər  “Google ideas” adlanırdı. Onun elmi-təhqiqatlar üzrə rəhbəri çalışır ki, kreativ və müstəqil insanları işə götürsün. Gözlənilməz suallara namizədin cavab verə bilib-bilməyəcəyini yoxlamaq üçün o, dondurma ilə bağlı sual verir.

«İnsanları elə yerindəcə necə cavab düşünüb tapmağını izləmək və daha sonra bunu sevib-sevmədiyini izləmək çox maraqlıdır».  – Jamin söyləyir. Onun sözlərinə əsasin ikili məna daşıyan suallara hazır olmaq lazımdır.

Mənbə:rb.ru

Ən sərfəli krediti almaq üçün müraciət et