Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində | Banco.az

Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində B kateqoriyada qərarlaşıb. 

Bu barədə “Global Finance” jurnalının hazırladığı “Central Banker Report Cards 2019” hesabatında qeyd edilib.

Hər il hazırlanan hesabatda bu il ümumilikdə 94 ölkənin mərkəzi bankının sədri yer alıb. Sədrlərin dərəcələndirliməsi “A”dan “F”dək müəyyənləşib ki, bu zaman onların inflyasiyaya nəzarət, iqtisadi inkişaf məqsədləri, məzənnə sabitliyi və faizin idarə edilməsi sahələrində uğurları nəzərə alınır.

Bu baxımdan “A” kateqoriyası ən yaxşı, “F” isə ən pis nəticə olaraq götürülür.

Ən sərfəli kredit üçün müraciət et

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “B” kateqoriyasında qərarlaşıb. Xatırladaq ki, 2018-ci ildə də AMB sədri eyni yerdə idi.

Builki sıralamada “A” kateqoriyasında Avstraliya, Honduras, İslandiya, Küveyt, Livan, Meksika, Mərakeş, Rusiya, Cənubi Koreya və Tayvan yer alıb. Qonşu Gürcüstan “A”da qərarlaşsa da Ermənistan ümumiyyətlə siyahıya daxil edilməyib. Sonuncu “F” kateqoriyasında isə Venesuela qərarlaşıb. “Global Finance” jurnalı Baham, Şərqi Karib, Paraqvay, Macarıstan, İsveç, İndoneziya, Yaponiya, Malayziya, Şri-Lanka, Tailand, Anqola, Qana, Madaqaskar, Mavritaniya, Oman, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi banklarının sədrlərini Elman Rüstəmovun qrup yoldaşı kimi qeyd edib.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç