Əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına başlanılır | Banco.az

Əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına başlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramının icrası ilə bağlı elan verib. Bu layihə BMT-nin İnkişaf Proqramı tərəfindən dəstəklənən "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması" texniki yardım layihəsinin tərkib hissəsidir.

Proqramın məqsədi öz bizneslərini qurmaq istəyi və potensialı olan əlilliyi olan şəxsləri dəstəkləməkdir. Proqramda işsizlərə biznes ideyalarını həyata keçirməkdə kömək etmək üçün sahibkarlıq və məsləhət üzrə pulsuz təlimlər təqdim etməyi, onlara avadanlıq və ya materiallar şəklində dəstək göstərməyi nəzərdə tutulub.

Layihə 2019-2020-ci illər üzrə Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərində icra olunacaq. Layihədə qeyd edilən rayon və şəhərlərin məşğulluq xidmətlərində qeydiyyatdan keçmiş əlilliyi olan bütün işsiz şəxslər iştirak edə bilərlər.

Proqram çərçivəsində təlimi uğurla başa vurmuş və iqtisadi cəhətdən dayanıqlı biznes ideyası hazırlamış 600 namizədə müfəssəl biznes planının hazırlanmasında, eləcə də biznesə başlamaq üçün tələb olunan avadanlıqların və xammalın texniki xüsusiyyətlərinin müəyyən olunmasında dəstək göstəriləcək. Ən yaxşı biznes planı olan 500 namizədə yeni şirkətin qeydiyyatdan keçirilməsində dəstək göstəriləcək və onlar natura formasında qrantla təmin olunacaqlar. Proqramda öyrənmək və işləmək üçün yüksək motivasiyaya, liderlik potensialına malik, eləcə də əlilliyi olub ictimai həyatda fəallıq göstərən şəxslərə üstünlük veriləcək. İlkin kompüter bacarıqları arzuolunandır.

Ən sərfəli kredit üçün müraciət et

Proqramda iştirakla bağlı müraciət etmək üçün ərizənin müvafiq formasını doldurmaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" elektron xidmətindən çıxarılmış əlillik barədə elektron arayışı təqdim etmək lazımdır. Maraqlanan şəxslər ərizə formasını nazirliyin internet səhifəsindən (http://sosial.gov.az) yükləyə bilərlər. Bunun üçün müvafiq rayon və şəhər məşğulluq mərkəzlərinin kompüterlərindən istifadə etməklə müraciətlərin çap versiyasını əldə edə və mərkəzin proqramlar sistemi vasitəsilə göndərə bilərlər. Doldurulmuş ərizə 10 iyul 2019-cu il tarixindən gec olmayaraq - [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected]; [email protected] elektron poçt ünvanlarına göndərilməlidir.

Məktubun mövzu (subject) hissəsində "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması" texniki yardım layihəsi" qeyd edilməlidir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et