Elektron müqavilələrin sayı və sığorta haqlarının məbləği - ARAŞDIRMA | Banco.az

Elektron müqavilələrin sayı və sığorta haqlarının məbləği - ARAŞDIRMA

Məlum olduğu kimi, 1 noyabr 2016-cı il tarixindən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır. Banco.az olaraq, həmin dövrdən bağlanan elektron müqavilələrin sayını və sığorta haqlarının məbləğini araşdırdıq.

2016-cı ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır. 2016-cı ilin noybar ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olmuşdur. 

2017-ci il ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 1 154 977 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 89 740 363 manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 72 mln. 553,6 min manat təşkil edib. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə daxilolmalarda 675,8 min manat və ya 0,94% artım müşahidə edilib.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et