Əlavə dəyər vergisi üzrə daxilolmalar 49,7 milyon artıb | Banco.az

Əlavə dəyər vergisi üzrə daxilolmalar 49,7 milyon artıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 391 milyon 858,9 min manat həcmində vergi və rüsum daxil olub. Bu göstərici 2018-ci ilin ilk 4 ayı ilə müqayisədə 35,4 faiz çoxdur. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 19,2 faiz artaraq 314 milyon 800,4 min manat olub. Aprel ayında büdcəyə 87 milyon 485,8 min manat məbləğində gömrük rüsumu daxil olub. Bu, mart ayındakı göstəricidən 8 milyon 815,9 min manat çoxdur. 4-cü ayda DGK-nın xətti ilə toplanan əlavə dəyər vergisinin həcmi artaraq 267 milyon 921,3 min manat olub. Xatırladaq ki, mart ayında bu göstərici 218 milyon 165,1 min manat təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Apreldə aksizlər üzrə büdcə daxilolmaları 18 milyon 990,6 min manat, yol vergisi isə 3 milyon 391,2 min manat olub. Qeyd edək ki, 2018-ci ilin ilk 4 ayı ilə müqayisədə bu ilin eyni dövründə ƏDV üzrə daxilolmalar 36,3 faiz artaraq 967 milyon 778 min manat, aksizlər 2,3 dəfə artaraq 960 milyon 63,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 18,6 faiz artaraq 96 milyon 63,7 min manat təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et