Əksər kriptovalyutalar sıfıra enəcək - ŞOK PROQNOZ: | Banco.az

Əksər kriptovalyutalar sıfıra enəcək - ŞOK PROQNOZ:

“Goldman Sachs”-a görə, ifrat dağınıqlıq, yüksək korrelyasiya və daxili dəyər əksikliyi kriptovalyuta bazarı üçün problem yaradır. Çərşənbə günü açıqlanan bir araşdırma nəticəsində “Wall Street” 1500-dən artıq mövcud kriptovalyutanın çoxunun sıfıra enəcəyini xəbərdar edib.

Əksər kriptovalyuta üçün ümidsiz gələcək

“Goldman Sachs”-ın analitiki Stiv Stronqin fevralın 5-də yayımlanan hesabatda investorların kriptovalyutaların əksəriyyətinin dəyərinin heçə düşməsini gözlədiyini və çox az hissəsinin bazarda mövqelərini qoruyacağını söyləyib. Stronqin konkret vaxtı açıqlamasa da, rəqəmsal valyutaların qiymətindəki aşırı dəyişikliyi bazarın balon olduğunu göstərən səbəb kimi dəyərləndirib.

Analitik bu ifadələri səsləndirib:

“Müxtəlif kriptovalyutalar arasında yüksək korrelyasiya məni narahat edir”.

“Daxili dəyərin olmaması səbəbindən əksər kriptovalyutalar məhvə məhkumdur”.

Stronqin araşdırmasında yer alan aşağıdakı sözləri də əlavə edib:

“Günümüzün kriptovalyutalarından hansısa biri “Amazon” və ya “Google” səviyyəsinə çatacaq, yoxsa indi yox olmuş axtarış motorlarının çoxu kimi olacaq? Spekulyativ bir balonun içərisində olmağımız mövcud qiymətlərin artmayacağı anlamına gəlmir. Eyni zamanda, ehtimal ki, bu spekulyativ balon əksər kriptovalyutanın bundan sonrakı yüksəlişlərini bir daha görməyəcəyimiz mənasına gəlir”.

“Goldman”-ın iyunda öz Bitcoin ticarət masasını açması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Paradiqma dəyişməsi

“Goldman” mütəxəssisləri tərəfindən ifadə edilən fikirlər Ethereum-un qurucusu Vitalik Baterinin verdiyi şərhlərlə oxşarlıq təşkil edir. Baterin təxminən 4 ay əvvəl Ether protokoluna əsaslanan ICO-ların 90 %-nin uğursuz olacağını söyləmişdi. Baterin tərəfindən “Tokens 1.0” olaraq adlandırılan bu paradiqma bazarın daha keyfiyyətli layihələrə daxil olmadan öncə sarsıdıcı bir nəticəyə gətirib çıxarmasına səbəb ola bilər. “Tokens 2.0” dövrü gözləniləndən daha tez gələ bilər.

“Tokens 1.0” vaxtından tez layihələr, pis fikirlər və hətta fırıldaqçılıq ilə xarakterizə olunarkən, ikinci nəsil token satışı əvvəlki dövrün səhvlərini aradan qaldıracaq şəkildə hazırlanır. Baterin bazarın ilin əvvəlində hərəkətli olacağına inanır.

Baterinin baxış tərzi aydındır, kriptovalyutaların həm investisiya obyekti, həm də əməliyyat vahidi olaraq istifadə olunması üçün inkişafa ehtiyacı var.

Bununla yanaşı, “Tokens 1.0” dövrü rekord gəlirlər bəxş edir və son rəqəmlərə görə yanvarda ICO-lara 1.2 milyar dollar qazandırıb.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et