Əhaliyə verilən kreditlərin yarısı bu 5 bank tərəfindən verilib | Banco.az

Əhaliyə verilən kreditlərin yarısı bu 5 bank tərəfindən verilib

Banco.az olaraq sizlər üçün 31 dekabr 2017-ci il tarixinə olan maliyyə göstəriciləri əsasında Kredit portfelinə görə bankların renkinqini hazırlamışdıq. Həmin siyahıdan da məlum olur ki, ilk beşlikdə  - 1,784 mlrd. manat kredit portfeli ilə Beynəlxalq Bank birinci, 1,312 mlrd. manat kredit portfeli ilə Xalq Bank ikinci, 1,243 mlrd. manat kredit portfeli ilə Kapital Bank üçüncü, 943 mln. manat kredit portfeli ilə Paşa Bank dördüncü, 504 mln. kredit portfeli ilə isə AccessBank beşinci yerdə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cəmi kredit portfeli 10,663 mlrd. manat olan bank sektorunda müştərilərə verilən kreditlərin əsas hissəsi yuxarıda qeyd olunan 5 bankın payına düşür. Belə ki, Beynəlxalq Bank, Xalq Bank, Kapital Bank,  Paşa Bank və Accessbank-ın cəmi kredit portfeli hazırda fəaliyyət göstərən bütün bankların cəmi kredit portfelinin 54,28%-ni təşkil edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et