Əhalinin kredit kartlarından istifadəsi aşağı düşüb | Banco.az

Əhalinin kredit kartlarından istifadəsi aşağı düşüb

Kredit kartlarının sayında və aparılan əməliyyatların həcmində azalma tendensiyası dayansa da, rəqəmlər manatın devalvasiyasından öncəki  dövrlə müqayisə də əhəmiyyətli dərəcə də azdır.

Son 5 il üzrə olan statistikaya nəzər salsaq kredit kartları ilə aparılan əməliyyatların sayında 2013-cü il və 2014 – ci il arasında, 28%-lik artım nəzərə çarpır. Bu artım əməliyatların həcmində də özünü göstərir.  Lakin 2015-ci ildəki məlum səbəblərdən sonra kredit kartları ilə aparılan əməliyyatlarda böyük düşüş müşahidə olunur. 2014-cü ildə aparılan əməliyyatların sayı 1 il öncə ilə müqayisədə 32% daha azdır.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin sonu ilə müqayisədə hazırda (2017-ci ilin avqustuna olan rəqəm) kredit kartı ilə aparılan əməliyyatların sayında  2,11 dəfə azalma mövcuddur.

Kredit kartları ilə aparılan əməliyyatlarda maksimum nəticə 2014-cü ilin dekabrında müşahidə edilərək 1 mln 771 min olmuşdur. Bu zaman əməliyyatların həcmi isə 245 mln manat idi.  Son dörd ildə ən az göstərici isə 2017-ci ilin fevralında müşahidə edilib ki, bu da 691 min əməliyyat olub.

2014-ci ilin dekabr ayı ilə müqayisədə hazırda kredit kartları ilə aparılan əməliyyatların həcmi 1,77 dəfə azalıb.

Ən sərfəli krediti almaq üçün müraciət et