Əhalinin gəlirləri 6,1 faiz, qiymətlər isə 1,7 faiz artıb | Banco.az

Əhalinin gəlirləri 6,1 faiz, qiymətlər isə 1,7 faiz artıb

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 6,1 faiz artaraq 3 milyard 800 milyon manata çatmışdır.

2018-ci ilin ilkin məlumatlarına əsasən muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilə nisbətən 3 faiz artaraq 544,1 manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin yanvar ayında 2018-ci ilin yanvar ayı ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4 faiz artmışdır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et