Əhalinin banklarda 7 milyard manat əmanəti var | Banco.az

Əhalinin banklarda 7 milyard manat əmanəti var

Dövlət Statistika Komitəsinin oktyabrın 16-da yaydığı rəsmi açıqlamaya görə, kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği sentyabr ayının 1-i vəziyyətinə 17.3 milyard manata çatıb və ötən ilin müvafiq dövrünə nisbətən 19.7 faiz artıb:

Kreditlərin 13.7 milyard manatı uzun müddətə, 3.6 milyard manatı isə qısa müddətə verilib, 5.4 faizinin, yaxud 938.8 milyon manatının ödəmə vaxtı keçib.

Ən sərfəli kredit üçün müraciət et

Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 14.8 faiz artaraq sentyabr ayının 1-nə 7 milyard manata çatıb.Milli valyuta ilə vəsait qoyuluşu 4.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.6 milyard manat olub.

pia.az

Ən sərfəli krediti almaq üçün müraciət et