Əhali pulunu banklardansa daşınmaz əmlaka qoymağa başlayıb | Banco.az

Əhali pulunu banklardansa daşınmaz əmlaka qoymağa başlayıb

Azərbaycanda əmanətlərin həcmində ən aşağı artım baş verib.

1 mart 2014-cü il tarixində Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi 6 milyard 591 milyon 700 min manat təşkil edib. Bu barədə Azərbaycan Bankı məlumat yayıb.

İlin əvvəlindən ötən iki ay ərzində əhalinin əmanətləri 195,9 milyon manat, ötən ilin martından etibarən isə 1 milyard 78 milyon 300 min manat artıb.

Diqqət çəkən trend budur ki, əhalinin əmanətlərinin artım tempi aşağı düşüb. Belə ki, 2013-cü ilin yanvar-fevral ayları ərzində əhalinin əmanətləri 303,5 milyon manat artdığı halda, cari  ilin anoloji dövründə 195,9 milyon manat artıb, yəni  107,5  milyon manat və ya 35% aşağı düşüb. 2012-ci yanvar-fevral aylarında əhalinin əmanətlərinin artımı isə 211 milyon manat təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssislərin fikrincə, əmanətlərin artım sürətinin azalmasına Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%-dən 10%-ə endirməsi, eləcə də son vaxtlar daşınmaz əmlak bazarındakı sürətli artım səbəb olub. Belə ki, ilin əvvəlindən bəri Bakının müxtəlif ərazilərində daşınmaz əmlakın bahalaşması, eləcə də bu prosesin bundan sonra da davam edəcəyi ilə bağlı gözləntilər əhalini daha çox  əmlak almağa həvəsləndirib. 

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et