ƏDV dərəcəsinin qaldırılması Rusiya büdcəsinə 650 milyard rubl əlavə vəsait gətirib | Banco.az

ƏDV dərəcəsinin qaldırılması Rusiya büdcəsinə 650 milyard rubl əlavə vəsait gətirib

Rusiya Federasiyası Baş nazirinin birinci müavini, Maliyyə naziri Anton Sulianov qeyd edib ki, büdcəyə daxil olan əlavə 650 milyard rubl (17,6 milyard manat ) ümumi daxili məhsulun 0,6 faizini təşkil edir. Onun sözlərinə görə, əldə edilən əlavə vəsait iqtisadi artımın stimullaşdırılmasına yönəldilir. 
Qeyd edək ki, Rusiyada əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi 2019-cu il yanvarın 1-dən 18 faizdən 20 faizə qaldırılmışdı.

Anton Sulianov qeyd edib ki, ƏDV dərəcəsinin qaldırılmasının inflyasiyaya təsiri gözlənildiyindən az olub: "Bu o deməkdir ki, kredit resurslarının dəyəri sürətlə düşməyə başlayıb. Ümumilikdə iqtisadiyyata təsirinə gəldikdə isə, ƏDV neytral vergidir. Bazar rəqabətqabiliyyətli olduqda ƏDV-nin dərəcəsinin artırılması malların qiymətlərinin artımına səbəb olmaya da bilər. Yeri gəlmişkən, sosial əhəmiyyət daşıyan məhsullar və ərzaq məhsulları üçün ƏDV dərəcəsi artırılmamışdı", - Baş nazirin birinci müavini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et