Düşən "alma": iPhone 8 və 8 Plus Apple şirkətini 65 mlrd ziyana saldı | Banco.az

Düşən "alma": iPhone 8 və 8 Plus Apple şirkətini 65 mlrd ziyana saldı

Apple Watch saatlarının ilk sınaqları və iPhone 8 və 8 Plus telefonlarının ilkin sifarişləri və alışları ekspertləri məyus edib.  iPhone X situasiyanı Apple-ın xeyrinə dəyişə biləcəkmi?

iPhone 8, iPhone 8 Plus və iPhone X telefonlarının, həmçinin Apple Watch Series 3 saatının təqdimat anından bəri, Apple-ın səhmləri  bir səhmə görə $162,8 dollardan $150 dollara (sentyabrın 25-də ticarət bağlanan an) düşüb. Beləliklə sentyanrın 12-dən kapitalizasiya 65 milyard dollar azalıb. Bu haqda Forbes. Ru məlumat verir, deyilənə görə yeni telefonlar elə də böyük maraq oyatmayıb.

"Apple" şirkətinin daha əvvəl istehsal etdiyi "IPhone" telefonlarının ilk günlərdə satışları zamanı uzun növbələr müşahidə edildiyi halda, "IPhone 8"-ə maraq çox az olub. "Report" isə Türkiyənin "Haberler" saytına istinadən xəbər verir ki, Londonda satışların başlamasından bir neçə saat keçsə də, cəmi 7 cihaz satılıb. Sidneydə isə 30 "IPhone 8" satışı həyata keçirilib. Mütəxəssilər satışın zəifləyəcəyini proqnozlaşdırsalar da, bunun bu dərəcədə aşağı olacağını gözləmədiklərini bildirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlər bunun səbəbinin əslində telefonlarda yeniliklərin demək olar ki, olmaması və qiymətlərinin çox baha olması ilə izah edirlər.

Qeyd edək ki, bəzi mütəxəssilər alıcıların "IPhone X" modelini gözlədiklərini iddia edirlər. Bu model isə noyabr ayının 3-də satışa çıxarıcaq.

Ən sərfəli krediti almaq üçün müraciət et