Dünyanın10 ən çox sözükeçən Mərkəzi Bankı | Banco.az

Dünyanın10 ən çox sözükeçən Mərkəzi Bankı

Mərkəzi Banklar bu gün dünyanın istənilən inkişaf etmiş ölkəsinin  maliyyə sisteminin ən başlısa tərkib elementlərdən biri rolunu oynayır, bu qurum ölkənin rəsmi pul-kredit siyasətinin bilavasitə həyata keçirən vasitəçi rolunda çıxış edir. Pul-kredit siyasəti özlüyündə əlbəttə ki, büdcə siyasəti ilə birlikdə, bütünlükdə ölkə iqtisadiyyatının dövlət səviyyəsində tənzimlənməsi üçün təməl qismində çıxış edə bilər. Banco.az sizə dünyanın ən çox təsir gücünə malik, sözükeçən və qərarları dünya iqtisadiyyatına və valyuta  mübadilər kurslarına təsir edən bankların TOP 10-luğunu təqdim edir. 

Avstraliya Rezerv Bankı - Reserve Bank of Australia (RBA)

Avstraliya Rezerv Bankı dünyanın onuncu ən çox təsir gücünə malik mərkəzi bankıdır. Dünya iqtisadiyyatının 1,79%-ni təmsil edən, $1.33 trilyon iqtisadiyyatı olan Avstraliyanın mərkəzi bankı kimiyyət göstərir.

2016-cı il, 2 Avqust tarixində RBA uçot dərəcəsini 1,5% həcmində müəyyən edib.

Rusiya Mərkəzi Bankı - (Банк России)

Rusiya Mərkəzi Bankı dünyanın 9-cu  ən çox təsir gücünə malik mərkəzi bankdır. Rusiya $1.33 $1.33 trilyon iqtisadiyyata malikdir ki, bu da dünya ÜDM-nin 1.79%-ni təşkil edir.

Sonuncu dəfə RMB uçot dərəcəsini  2017-ci il Aprelin 28-də 9.25% olaraq müəyyən edib.  

Kanada Bankı - Bank of Canada (BOC)

Kanada Bankı dünyanın 8-ci  ən təsirli mərkəzi bankdır. Dünya ÜDM-nin  2.09%-ni təmsil edən, $1.55 trilyon dollarlıq iqtisadiyyata sahib olan Kanadanın mərkəzi bankıdır.

Sonuncu dəfə 2015-ci il, İyulun 15-də Mərkəzi Bank dərəcəsini 0,50% olaraq müəyyən edib.

Brazliya Mərkəzi Bankı - Banco Central do Brasil (BCB)

Brazliya Mərkəzi Bankı dünyanın 7-ci  ən çox təsir gücünə malik mərkəzi bankdır. Braziliya $1.77 trilyon dollarlıq iqtisadiyyata malik bir ölkədir. Sonuncu dəfə faiz dərəcələrini 2017-ci ilin Mayın 31-də, 11,25% dərəcəsindən 10,25%-ə dəyişiblər.

10.25% uçot faizi dərəcəsi ilə Brazliya Mərkəzi Bankı reytinqdə yer alan banklar içərisində ən yüksək uçot faiz dərəcəsinə malikdir.

Hindistan Rezerv Bankı - Reserve Bank of India (RBI) 

Hindistan Rezerv Bankı – dünyanın 6-cı ən təsirli mərkəzi bankı hesba olunur. Hindistan iqtisadiyatı $2.09 trilyon dollar həcmində qiymətləndirilir ki, bu da dünya ÜDM-nin elə 2.09%-ni təşkil edir.

2016-cı il 4 Oktyabr taixində, Hindistan Mərkəzi Bankı faiz dərəcəsini 6,25%-ə dəyişir Siyahıda yer alan Asiya bankları içərisində bu göstərici ən yüksəkdir.

İngiltərə Bankı - Bank of England (BOE)

Ən sərfəli kredit üçün müraciət et

İngiltərə Bankı dünyanın beşinci ən güclü mərkəzi bankıdır.  Birləşmiş Krallığın (UK) mərkəzi bankı kimi fəaliyyət göstərir, uçot faiz dərəcələrini 2016-cı il 4 Avqustda, 0,25%-ə dəyişib. Birləşmiş Krallıq dünya ÜDM-nin 3,84%-ni təmsil edən 2.85 trilyon dollar həcmində iqtisadiyyata malikdir.

Birləşmiş Krallıq (UK) dörd ölkədən  - İngiltərə, Şotlaandiya, Uels və Şimali İrlandiyadan ibarətdir. UK-in tam adı isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıdır.

Yaponiya Bankı (Bank of Japan)

Yaponiya Bankı – dünyanın 4-cü  ən çox təsir gücünə malik mərkəzi bankıdır. Yaponiya dünyanın 3-cü ən böyük iqtisadiyyatına malikdir, $4.38 trilyon dollarlıq iqtisadiyyat dünya ÜDM-nin 5.91%-ni təmsil edir.

2016-cı il, Yanvarın 2-də Yaponiya Bankı uçot faiz dərəcəsini -0.10 - 0 % kimi müəyyən edib. Siyahıda yer alan yeganə bankdır ki, uçot faiz dərəcələri mənfidir.

Çin Xalq Bankı - (People's Bank of China)

Çin Xalq Bankı dünyanın 3-cü ən çox təsir gücünə malik bankıdır. $11 trilyon dollarlıq iqtisadiyyat ilə dünya ÜDM-nin 14.83%-ni təchiz edir. 2015-ci il Oktyabrın 23-də faiz dərəcələrini 4,35%-ə endirib.

Avropa Mərkəzi Bankı - European Central Bank (ECB)

Avropa Mərkəzi Bankı (AMB) 10 Mart 2016-cı l tarixində uçot dərəcəsini 0%-ə endirdi.  AMB 19 üzv ölkəyə malikdir ki, onlar birlikdə dünya ÜDM-nin 15.64%-ni təchiz edir və $ 11,60 trilyon dollarlıq iqtisadiyata sahibdir.

AMB faiz dərəcələrini izləyən ölkələr:  

  • Almaniya,  Fransa, İtaliya, İspaniya
  • Hollandiya, Belçika, Avstriya, İrlandiya
  • Finlandiya, Portuqaliya, Yunanıstan
  • Slovakiya, Lüksemburq, Sloveniya,
  • Litva, Latviya, Estoniya, Kipr, Malta

Federal Ehtiyatlar Sistemi - Federal Reserve System (FED)

Federal Ehtiyatlar Sistemi insanlar arasında daha çox FED kimi tanınır, 2017-cı ilin ən güclü- ən çox təsir qabiliyyətinə malik olan bankı olaraq qalır. Dünyanın ən böyük iqtisadiyyat – Amerika Birləşmiş Ştatları üçün mərkəzi bank rolunu oynayır. Birləşmiş Ştatlar $18.03 trilyon dollar iqtisadiyyat ilə dünya ÜDM-nin 24.31%-ni təmsil edir.

Sonuncu dəfə uçot dərəcəsini 03-16-2017 tarixində 0,75%-dən 1%-ə yüksəldib.

Birlikdə dünyanın 10 ən təsirli bankı 2016-cı ildə toplam $55.93 trilyon dollar ÜDM-ə malikdir. Bu dünya  ÜDM-nin 75.43%-ni, yəni ¾-dən daha çoxunu təmsil edir.

Qeyd: ÜDM göstəriciləri 2015-ci ilə aiddir. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et