Dünyanın ən zəngin insanlarının ilk biznesi nə olub? | Banco.az

Dünyanın ən zəngin insanlarının ilk biznesi nə olub?

Doğrudan, təşəbbüskar uşaqlar böyüyəndə çox vaxt sahibkar olurlar? ABŞ-ın ən varlı insanlarının tərcümeyi-hallarının ilk səhifələri bu sualı təsdiqləyir. Forbes ən varlı 400 amerikalı arasında ilk biznesləri barədə sorğu keçirtmişdir. Məlum olmuşdur ki, reytinqdəki bir çox iştirakçı erkən yaşlarından sahibkarlıq potensialını nümayiş etdirib (kimi mum şam düzəldib satırmış, kimi kinoteatrda akkordeon çalırmış və s.).

Aralarında Silikon vadisində daşınmaz əmlak sferası üzrə maqnat Riçard Piri olmaqla bəziləri uşaqlıq illərində qeyri-adi investisiyalar etmişdir. Piri Palo-Altoda orta məktəbdə oxuyarkən yaxınlıqda yerləşən Stenford universitetinin tələbə şəhərciyində olan bütün saqqız satılan avtomatları satın alır. Gənclik illərində o, mini qolf meydançası açır, daha sonra biznes partnyoru Con Arrilaq ilə müştərək şəkildə kənd təsərrüfatı torpaqları əldə edir və bu torpaqları İT bumunun başlanğıcında ofis parklarına çevirirlər.

«Dallas Kovboyz»un sahibi Cerri Cons 9 yaşından valideynlərinin ərzaq mağazasında gələn müştəriləri salamlayırmış.

«Stine Seed»in təsisçisi Harri Stayn deyir ki, 5 yaşından traktor sürürmüş, həmçinin Ayova ştatının Adel şəhərində yerli mağazada özünün təmizləyib qurutduğu qozları satırmış.

Uşaqlıqda təsadüfən hansısa bir işə başlamaqlarından və ya yeni sferada ilk dəfə biznes qurmaqlarından asılı olmayaraq,  onları Forbesin 400-lük siyahısına gənclik illərindəki öz izini qoymaq  ehtirasları salıb.

Ən sərfəli kredit üçün müraciət et

Bill Qeyts, Maykl Dell, Ebiqeyl Conson, Şahid Xan, Ralf Loren, Dennis Vaşinqton, Rokko Kommisso, Ceff Qrin, Stiven Şpilberq, Maykl Rubin, Erik Lefkovski, Opra Uinfri və s. də gənc yaşlarındakı təşəbbüskarlığının bəhrəsini görən milyarderlərə daxildir.

Sərvəti 106 milyard dollar dəyərində qiymətləndirilən Bill Qeyts 16 yaşında yuxarı sinifdə ikən təhsilinə fasilə verir, bunu Bonvillin (Vaşinqton ştatının elektrik şəbəkəsinə nəzarət edir) energetikasının idarəedilməsi üçün proqram təminatı üzərində işləmək məqsədi ilə edir.

Билл Гейтс

 

Bu şəkil 1 il sonra, 1972-ci ildə çəkilmişdir. Elə o dövrdə Bill dostu və gələcək işgüzar ortağı Pol Allen ilə birlikdə ilk biznesini qurmuşdur. Onlar yerli hakimiyyət üçün küçə nəqliyyat sayğaclarındakı verilənləri avtomatik olaraq işləyən Traf-o-Data kompüterini yaradırlar, lakin iş uğur qazana bilmir. Üç il sonra isə dostlar Microsoft şirkətini qurur.

Nigar Umaxanlı, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et