Dünyanın ən zəngin adamlarının var-dövləti azalıb | Banco.az

Dünyanın ən zəngin adamlarının var-dövləti azalıb

Avqustun 14-də dünyanın 10 ən zəngin sahibkarı 18 milyard dollaradək zərər görüb.

Bunun səbəbi ABŞ birjalarında fond indekslərinin ucuzlaşması olub. Belə ki, 10 illik xəzinə istiqrazları 2 illik istiqrazlardan daha az gəlir gətirib ki, bu da qarşıdan böyük böhranın gəldiyinə işarədir.

Ən sərfəli kredit üçün müraciət et

“Forbes” reytinqinə başçılıq edən “Amazon” alış-veriş portalının təsisçisi və sahibi Ceff Bezos 3,5 milyard dollar itirərək ən böyük ziyana edənlərdən olub. “Facebook” sahibi Mark Zukerberqin varidatı 3,2 milyard dollar, LBMH dəbdəbəli mallar şirkətinin rəhbəri Bernar Arnonunkın isə var-dövləti 3 milyard dollar azalıb.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et