Dünyanın ən qısa hekayəsi ilə mərci qazanan yazıçı kimdir? | Banco.az

Dünyanın ən qısa hekayəsi ilə mərci qazanan yazıçı kimdir?

Sadə yazı üslubu ilə tanınan Ernest Heminquey yazıçı, araşdırmaçı və jurnalist idi. Deyilənə görə, Heminquey dostları ilə nahar edərkən belə bir iddia irəli sürür. Belə ki, o, masanın üzərində olan salfetə 6 sözdən ibarət bir hekayə yaza biləcəyini söyləyir. Salfetə dərhal bir neçə söz yazıb onu dostlarına verir. Oraya yazdığı 6 sözlə onları həm bir kağız parçasına bağlamış həm də onlarda qısa müddətdə fərqli emosiyalar yaratmış olur.

Həmçinin oxu: Dünyaca tanınmış milyonçularının ən çox sevdikləri kitablar

Kağızda yazılan isə belə idi:

“Satılır: Körpə ayaqqabısı. Heç geyinilməyib.”

Qeyd edək ki, hadisənin fərqli versiyaları mövcuddur. Hekayənin Heminquey tərəfindən qələmə alınıb alınmaması da mübahisəli məsələdir. Bu formada şəhər əfsanəsi olaraq dildən-dilə yayılan hekayəni “Snopes” adlı internet saytı “Anonim” kimi qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

“Mənim məqsədim gördüklərimi və hiss etdiklərimi kağıza ən yaxşı və ən sadə formada yazmaqdır.”Ernest Heminquey

Mövzu ilə bağlı digər bir mənbə isə 1974 – cü ildə dərc olunan, müəllifi Peter Miller olan “Get Published! Get Produced!: A Literary Agent’s Tips on How to Sell Your Writing” adlı kitabdır. Kitabda Heminquey və hekayəsindən bəhs edilir.

“Açıq-aydın görünür ki, Ernest Heminquey bir qrup yazıçı dostu ilə Almaniyanın Lüxov şəhərində nahar edir və o, təkcə altı sözdən ibarət qısa bir hekayə yaza biləcəyini iddia edir. Əlbəttə, digər yazıçılar buna inanmırlar. Heminquey onların hər birinə masanın üzərinə 10 dollar qoymağı və səhv edəcəyi təqdirdə eyni məbləği özünün ödəyəcəyini söyləyir. Haqlı çıxdığı təqdirdə isə bütün pulu götürəcəkdi. Bir salfetin üzərinə cəld 6 söz yazır və onu dostlarına təqdim edir; Yazıçı mərci udur. Altı söz isə belə idi: “FOR SALE, BABY SHOES, NEVER WORN.” 

Həmçinin oxu: Mütləq oxumalı olduğunuz 5 kitabdan – 5 həyat dərsi

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et