Dünyanın ən nüfuzlu şirkətlərinin adları açıqlandı | Banco.az

Dünyanın ən nüfuzlu şirkətlərinin adları açıqlandı

“Reputation Institute” tədqiqat şirkəti dünyanın ən nüfuzlu şirkətlərin reytinqini tərtib edib. Bu il sözügedən reytinqdə “Google” və “Walt Disney Company” şirkətləri birinci yerdə qərarlaşıblar. İkinci yerdə “BMW” və “Rolex” şirkətləri, “Sony və “Canon” müvafiq olaraq beşinci və altıncı yerdə qərarlaşıblar. “Apple” korporasiyası yeddinci olub.

Dünyanın ən nüfuzlu şirkətlərinin onluğunda, həmçinin “Samsung” və “Microsoft” şirkətləri də yer alıb.

Xatırladaq ki, 2008-ci ildə “Samsung” şirkəti reytinqdə 196-cı yerdə qərarlaşıb, amma ilbəil göstəricilərini yaxşılaşdıraraq irəliyə doğru gedib. "Samsung hazırda Sony və Apple şirkətləri ilə bərabər səviyyədə dayanır" – “Forbes” nəşri yazıb.

"Reputation Institute” reytinqin tərtibi üçün dünyanın inkişaf etmiş iqtisadiyyata malik 15 regionunda 60 min respondent arasında sorğu keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et