Dünyanın ən dəyərli bank markaları müəyyən edilib | Banco.az

Dünyanın ən dəyərli bank markaları müəyyən edilib

Dünyanın ən dəyərli 500 bank markası siyahısı dərc edilib. 

"Brand Finance"ın araşdırmasına görə, dünyanın ən qiymətli bank markası 79,8 milyard dollar dəyəri ilə Çinin "ICBC" bankıdır. 

Çin banklarının cəmi marka dəyəri 28% artım ilə 407 milyard dollara çatıb, ABŞ-ın bank markalarının cəmi dəyəri isə 100 milyard dolları aşıb. İslam bankçılığının marka dəyəri isə Orta Şərq banklarının köməyi ilə 20% artlb.

Dünyanın ən qiymətli 500 bank markası siyahısında ilk 4 yeri Çin bankları tutub. Keçən ilin çempionu Çinin "ICBC" bankının marka dəyəri 35% artıb və 79,8 milyard dollar dəyəri ilə bu il də birinci yerini qoruyub.

ICBC-in ardınca 70 milyard dollarlıq dəyəri ilə "China Construction Bank", 55 milyard dollarla "Agricultural Bank of China", 51 milyard dollarla "Bank of China" gəlir. 

Siyahıda beşinci yeri 40 milyard dollarla ABŞ bankı "Wells Fargo", altıncı yeri 37 milyard dollarla "Bank of America", yeddinci yeri 36,4 milyard dollarla "Citi", səkkizinci yeri 36,2 milyard dollarla "Chase", doqquzuncu yeri 22,5 milyard dollarla "China Merchants Bank", onuncu  yeri isə 20 milyard dollarla Böyük Britaniya bankı "HSBC"  tutub. 

2019 2018 Bank Markası Ölkə Marka dəyəri
1 1 ICBC Çin 79,8 
2 2 China Construction Bank Çin 69.7
3 6 Agricultural Bank of China Çin 55
4 4 Bank of China Çin 51
5 3 Wells Fargo ABŞ 40
6 7 Bank of America ABŞ 36,7
7 8 Citi ABŞ 36,4
8 5 Chase ABŞ 36,3
9 11 China Merchants Bank Çin 22,5
10 9 HSBC Böyük Britaniya 20,2

marja

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et