Dünyanın ən böyük qızıl pulu nümayiş etdirilir | Banco.az

Dünyanın ən böyük qızıl pulu nümayiş etdirilir

Avstraliyada istehsal edilmiş dünyanın ən böyük qızıl pulu Honq-Konqda nümayiş etdirilir.

2012-ci ildə hazırlanmış pul, Çinin Hang Seng Banknın baş ofisinin binasında ziyarətçilərə təqdim olunur. İlk dəfə Avstraliya xaricində nümayiş etdirilən dünyanın ən böyük qızıl pulu 1021 kiloqram ağırlığındadır.

Ən sərfəli kredit üçün müraciət et

99.99% əyar qızıldan istehsal edilmiş pulun qalınlığı 11.9, diametri isə 78.7 sm-dir. Pulun bir üzündə Kraliça II Elizabeth-in portreti, digərində isə tullanan kenquru fiquru var. Qızıl pulun dəyəri isə 39 milyon dollardır. 1 tonluq pul, qızılın qiymətindəki azalma səbəbilə istehsal edildiyi vaxtdan bu günə qədər 17 milyon dollardan çox dəyər itirib.

Ən sərfəli krediti almaq üçün müraciət et