Dünyanın ən bahalı və zəhərli təsirə malik maddəsi | Banco.az

Dünyanın ən bahalı və zəhərli təsirə malik maddəsi

Hal-hazırda əczaçılıq sektoru inkişaf etdikcə xəstəliklərin müalicəsi keçmişlə müqayisədə daha da asanlaşmağa başlayıb. Müalicə prosedurunda istifadə olunan dərmanlar da sağlamlıq baxımından önəmli xarakter daşıdığı kimi kosmetoloji məqsədlər üçün də geniş istifadə olunmaqdadır. Təbii ki, belə istifadənin genişlənməsi iqtisadiyyat sahəsinə də öz təsirini göstərməkdə davam edir.

Banco.az bu yazıda sizləri hal-hazırda ən çox istifadə olunan ən bahalı dərman vasitəsi ilə tanış edəcək.

Bu maddə xüsusilə qadınların istifadə etdiyi maddələrdən biridir. Bu maddənin 2 kq-ı kütləvi şəkildə insan ölümünə səbəb olacaq gücə sahibdir. Maddənin belə güclü zəhər olması onun dəyərini birə beş artırır. Bu maddə hamımıza çox yaxşı məlum olan botoks adı ilə tanınan qırışlar əleyhinə istifadə olunan ineksiyadır. Botoks o qədər təhlükəli maddədir ki, hərbi təsisatlarda istehsal olunur və kilosu 100 trilyon sterlinqə satılır. Bu isə onu ən bahalı maddə adlandırmağa yetəcək qədər yüksək məbləğdir.

Həmçinin maraqlıdır: Dünyanın ən bahalı otellərində qalmaq üçün nə qədər xərc tələb olunur?

Ən sərfəli kredit üçün müraciət et

Botoks başqa adla botulinum ilk dəfə 18-ci yüzillikdə Almaniyada pis şəraitdə hazırlanan sosiskaların tərkibində aşkarlanıb və ona görə də adı latınca sosiska mənasına gələn botulusa uyğun adlandırılmışdı.

Kosmetologiyada milliqramlarlıq miqdarı duzlu su ilə qarışdırılaraq sinir uclarına tətbiq olunur. Məlumat üçün bildirək ki, maddə öz növbəsində sinirdəki proteinləri öldürür və bu da öz növbəsində sinir və əzələ arasında əlaqəni zəiflədir. Nəticədə qırış nahiyəsindəki əzələ hərəkətində məhdudiyyət dərmanın təsiri keçənədək qalır.

Həmçinin maraqlıdır: Dünyadakı ən bahalı qanın dəyəri nə qədərdir?​

Botoksun belə geniş məqsədli istifadəsi ona olan tələbi artırmaqla bərabər onu ən dəyərli zəhərli maddələrdən biri edir.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et