Dünyanın ən bahalı brendi hansıdır? | Banco.az

Dünyanın ən bahalı brendi hansıdır?

Britaniyanın “The Telegraph” qəzetinin analitikləri üç müstəqil reytinq agentliyinin məlumatına əsasən belə nəticəyə gəliblər ki, “Apple” şirkəti dünyanın ən bahalı brendinə sahibdir və onun qiyməti təxminən 117 milyard dollar təşkil edir. 
 

“Millward Brown”, “Interbrand” və “Brand Finance” agentliklərinin məlumatına əsasən brendin qiymətləndirilməsi aparılıb. Adı çəkilən agentliklər “Apple” brendini müvafiq olaraq 147.9, 98,3 və 104,7 milyard dollar məbləğində qiymətləndiriblər.

“Apple”ın kapitallaşdırma dəyəri hazırda 611 milyard dolları ötür. Avqustun sonunda “Apple”ın səhmlərinin qiyməti tarixi rekorda imza atıb.

Ən sərfəli kredit üçün müraciət et

“Apple” brendinin ən yaxın izləyicisi “Google”dur, axtarış sistemi şirkətinin brendi 107 milyard dollar dəyərində qiymətləndirilib. “Google” və “Apple”, brendlərinin dəyəri 100 milyard dolları ötən yeganə şirkətlərdir.

Brendinin orta dəyəri 76 milyard dollar olan “IBM” ilk üçlükdə qərarlaşıb. “Microsoft”un brendi 70,8 milyard dollar məbləğində qiymətləndirilib.

Texnologiya şirkətləri dünyanın on ən böyük brendi arasında üstünlük təşkil edir. İlk onluqda, həmçinin “Samsung” (8-ci yer, 48,1 milyard dollar) və “Amazon” (9-cu yer, 44,3 milyard dollar) qərarlaşıb.

AZXEBER.COM

Ən sərfəli krediti almaq üçün müraciət et