Dünyada "İlin Avtomobili" mükafatları sahiblərini tapdı | Banco.az

Dünyada "İlin Avtomobili" mükafatları sahiblərini tapdı

2019-cu il Dünya Avtomobil Mükafatları bu il 15-ci dəfə sahiblərini tapdı. 

Dünyanın qabaqcıl avtomobil mütəxəssisləri altı kateqoriyada ən yaxşı adları təyin etdi. Bu adlar "Ən yaxşı dizayn", "Ən yaxşı ekoloji avtomobil", "Ən yaxşı lüks avtomobil", "Ən yaxşı şəhər avtomobili", "Ən yaxşı performans avtomobili" və "İlin Avtomobili" olaraq altı kateqoriyaya bölünür. Tarixdə ilk dəfə bu il bu kateqoriyaların üçündə mükafatı eyni avtomobil aldı. Mütəxəssislərin ortaq qərarına əsasən Jaguar 3 kateqoriya üzrə fərqləndi. Mükafat alan avtomobillərin siyahısını təqdim edirik:

İlin lüks avtomobili: Audi A7

İlin Ekoloji Avtomobili: Jaguar I-Pace

Ən sərfəli kredit üçün müraciət et

İlin Performans Avtomobili: McLaren 720S

İlin Avtomobil Dizaynı: Jaguar I-Pace

İlin Şəhər Avtomobili: Suzuki Jimny

Dünyada İlin Avtomobili: Jaguar I-Pace

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et