Dünyaca məşhur “Mona Liza” portreti necə canlandırıldı? | Banco.az

Dünyaca məşhur “Mona Liza” portreti necə canlandırıldı?

"Mona Liza" portreti dünyanın ən məşhur dahilərindən Leonardo da Vinçi tərəfindən 16 – cı əsrdə çəkilmiş günümüzün ən dəyərli əsərlərindən biridir. İndi isə portret süni intellekt araşdırmaçılarının hədəfinə çevrilib. Belə ki, portret süni intellekt texnologiyasının köməyi ilə canlandırılıb. Beləliklə, portretdə modelin başı, gözləri və ağzı hərəkət edə bilir.

Hər kəsi süni intellekt texnologiyasının bu həddə çatması düşündürsə də sözügedən çalışma Samsung firmasının Moskvadakı süni intellekt araşdırma laboratoriyasında Skolkovo Elm və Texnologiya İnstitutu ilə birlikdə dəqiqliklə həyata keçirilib.

Çalışmanın qismən də olsa müsbət nəticə verməsi üçün əvvəlcədən hazırlanmış alqoritmlər Youtube platformasından toplanılan 7000 data–ya əsaslandırılıb.

Təbii ki, nəticələr hələ ki mükəmməl deyil, ancaq bu sadəcə bir başlanğıcdır. Mövzu ilə bağlı Samsung Al Center tərəfindən yayımlanan bir məqalədə bir insanın üzünün təkcə bir görünüşündən istifadə edərək üz cizgilərinin hərəkətə gətirilməsi və insanın danışığını göstərməyin mümkün olması qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

Mona Liza – nın yuxarıdakı görüntüsünü hazırlamaq üçün sizcə necə bir texnologiyadan istifadə edilib? Təməldə hər biri fərqli nəticələr verən üç müxtəlif video mənbədən istifadə edilib. Araşdırmaçılar görüntüdə reallığa nail olmaq üçün "Generative Adversarial Network" adlanan alqoritmindən faydalanıblar.

Sözügedən alqoritm hələ tamamlanmamış qaralama cizgiləri əsl rəsm əsərinə, məşhur bir portreti real mənzərəyə, təsvir etdiyiniz hər hansı bir hadisəni müfəssəl bir görüntüyə çevirə bilir.

Həmçinin oxu: Mona Lizanın əkizi ortaya çıxdı

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et