Dünya Ticarət Təşkilatı ABŞ-ın mövqeyini müdafiə edib | Banco.az

Dünya Ticarət Təşkilatı ABŞ-ın mövqeyini müdafiə edib

Dünya Ticarət Təşkilatı (DDT) Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında 15 ildir davam edən "Boeng"-"Airbus" mübahisəsi ilə bağlı öz qərarını açıqlayıb. Qərarda ABŞ-ın "Airbus" şirkətinə verilən qeyri-qanuni dəstək üçün Aİ məhsullarına illik 7,5 milyard dollar həcmində əlavə vergi tətbiq etməsinə razılıq verdiyi qeyd olunub.

Aİ Komissiyasının ticarətə məsul üzvü Seciliya Malmström qərarla bağlı rəsmi açıqlama verərək bildirib: "Əgər ABŞ DTT-nin icazə verdiyi addımları atsa, bizim də həmin qərara uyğun cavab addımı atmaqdan başqa çarəmiz qalmayacaq". O, qarşılıqlı gömrük vergilərinin Atlantik okeanının hər iki tərəfindəki müəssisələrə, vətəndaşlara, qlobal ticarətə və aviasiya sektoruna zərər verəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ Avropa ölkələrinin "Airbus" firmasına göstərdiyi təşviqlərin qanundankənar olduğunu iddia edir. Aİ-nin mövqeyi isə budur ki, ABŞ-ın "Boeng"ə verdiyi vergi imtiyazlarının və şirkətlə bağladığı hərbi sazişlərin hüquqi əsası yoxdur.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et