Dünya sərvətinin 40%-i əhalinin 1%-nin nəzarəti altındadır | Banco.az

Dünya sərvətinin 40%-i əhalinin 1%-nin nəzarəti altındadır

BMT tərəfindən həyata keçirilən tədqiqat nümayiş etdirmişdir ki, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) bərabərsizlik göstəricisi 11%, inkişaf etmiş ölkələrdə isə (İEÖ) həmin göstərici 9% artıb.

BMT-nin İnkişaf Proqramının İnzibatşısı Helen Klark BMT-nin yoxsulluqla mübarizə haqqında yeni hesabatına münasibət bildirərək genişmiqyaslı bərabərsizliyin zəmanənin paradoksu olduğunu qeyd etmişdir. Hesabatda qeyd olunur ki, dünya gəlirinin yarısı dünya əhalisinin 8%-nin payına düşür. Dünya əhalisinin 1%-ni təşkil edən ən zəngin insanlar isə dünya sərvətinin 40%-nə nəzarət edir.

Məruzəyə əsasən, son bir neçə onillik ərzində informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı böyük dəyişikliklər müşahidə olunub. Dünyanın hər bir regionunda yoxsulluğun miqyasının azaldılmasına nail olunub. Bazarların formalaşdığı ölkələrdə misli görünməmiş iqtisadi artım qeydə alınıb. Lakin bütün bu müsbət hallar bərabərsizlik probleminin öhdəsindən gəlməyə kömək etməyib.

Ən sərfəli kredit üçün müraciət et

BMT eksperləri diqqətə çatdırırlar ki, bərabərsizlik səviyyəsinin yüksək olması inkişafa zərbə endirir, iqtisadi inkişafa mane olur, demokratik inkişafı zəiflədir və sosial harmoniya üçün təhlükə yaradır.

Bütün bunlarla yanaşı, insanların qeyri-bərabər gəlir və imkanlarına diqqət yetirilir. Məruzənin müəllifləri dünyanın müxtəlif ölkələrində qeydə alınan bərabərsizlik aspektlərini, eləcə də qadınlar və kişilər, eyni zamanda şəhər və kəndlərdə yaşayan insanlar arasında yaranan bərabərsizliyi ön plana çəkirlər. Məruzədə gəlir səviyyəsində, məşğulluq, təhsil və səhiyyə sahələrində qeydə alınan bərabərsizlik göstəriciləri yer alır.

Banco.az/ Sevinc Ibadova

Ən sərfəli krediti almaq üçün müraciət et