Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | Banco.az

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Avropa parlament seçkilərində avropa yönümlü partiyaların qalib olması, özünün müsbət təsirini EUR/USD məzənnəsində də göstərib. 1.12$-da dəstək alan məzənnənin, beləliklə, 1.13$-a kimi bahalaşa biləcəyi proqnozları güclənib.

Həftə ərzində ABŞ ilə Çin arasında ticarət münasibətləri danışıqları və cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın iqtisadi inkişafına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.

 

GBP

GBP/USD məzənnəsi də bahalaşmaqdadır və 1.27$-ın üzərində qaldıqca, 1.28$-a kimi bahalaşa bilər.

Qeyd etmək lazımdır ki, Avropa parlament seçkilərində İngiltərə partiyaları arasında “Breksit-partiyası” böyük fərqlə üstünlük əldə edib.

 

TRY

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə maliyyə bazarlarında Dollar/Lirə məzənnəsi 6 lirənin üzərində ticarət edilməkdədir və 6.10TL-ni də yuxarı istiqamətdə qırarsa, 6.15 və 6.24TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, cümə günü saat 11:00-da Türkiyədən dərc ediləcək xarici ticarət dövriyyəsi, iqtisadi inkişaf və TCMB-nin monetar siyasəti ilə bağlı protokolu da diqqət mərkəzində olacaqdır.

 

OIL

Beynəlxalq enerji birjalarında Brent nefti yenidən ucuzlaşaraq, 69$-ın altında ticarət edilməkdədir və sözügedən səviyyənin altında qaldıqca, 67 və 65$-a kimi də ucuzlaşa bilər.

Cümə axşamı günü saat 19:00-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızıla olan tələbi də yenidən artırıb. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1292$-a (41.5 $/qram) kimi də dəyər qazana bilər.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et