Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | Banco.az

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Beynəlxalq valyuta birjalarında Avropa parlamentində bu həftə keçiriləcək seçki öncəsi avroya təzyiqlərin ola biləcəyi fonunda dollara olan tələb artıb. Beləliklə, EUR/USD məzənnəsi 1.12$-ın altında ticarət edilməkdədir və 1.11$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Bu həftənin cümə axşamı AB-də keçiriləcək seçki nəticələrindən savayı, həmin günü Bakı vaxtı ilə saat 12:00-da yayımlanacaq Avrozonanın sənaye və xidmət sektorunda işgüzarlıq aktivliyini ölçən indeks də investorların diqqət mərkəzində olacaqdır.

 

GBP

GBP/USD məzənnəsi də təzyiq altında qalmaqdadır və 1.27$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Hökümət ilə müxalifət arasında Breksit danışıqlarının da uğursuz olması və baş nazirin istefası nəticəsində yarana biləcək qeyri-müəyyənliklər də funta təzyiq edən əsas amillər arasındadır.

Ən sərfəli kredit üçün müraciət et

 

TRY

Türkiyə maliyyə bazarlarında Dollar/Lirə məzənnəsi 6 lirənin üzərində ticarət edilməkdədir və 6.10TL-ni də yuxarı istiqamətdə qırarsa, 6.15 və 6.24TL-yə kimi də bahalaşa bilər.

 

OIL

Beynəlxalq enerji birjalarında Brent nefti yenidən bahalaşmağa başlayıb. 73$-ın üzərində təklif edilən bir barel üzrə qiymət 72$-ın üzərində qaldıqca, 75$-a kimi də dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Dünya birjalarında ABŞ və Çin arasında münasibətlərin gərginləşdiyi bir dövrdə, dollara olan tələbin artması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına təsir etməkdədir. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1275$-ı (41.0 $/qram) qırarsa, 1270 (40.8 $/qram) və 1266$-a (40.7 $/qram) kimi də dəyər itirə bilər.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et