Dünya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz | Banco.az

Dünya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz

Qlobal iqtisadiyyat 2016-cı ilin ikinci rübündə 2010-cu ildən bu tərəfə maksimal artım tempi nümayiş etdirib.

Bu barədə “Morgan Stanley” bankının hesabatında qeyd edilib. 
Bununla belə analitiklər 2017-ci ilin üçüncü rübündə qlobal iqtisadi artımın tempində azalma proqnozlaşdırırlar.

Gözləntilərə görə, üçüncü rübdə qlobal ÜDM 3,6 faiz, dördüncü rübdə 3,5 faiz təşkil edəcək. 2018-ci ildə qlobal ÜDM 3,9 faiz artacaq. Lakin gələn ilin üçüncü rübündə qlobal ÜDM 3,5 faizə, dördüncü rübdə 3,3 faizə düşəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Dünya Bankının proqnozuna görə isə 2017-ci ildə qlobal ÜDM 2,7 faiz artacaq. 

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et